neqativ enerji

Neqativ enerji və pis niyyətlərdən qoruyan ÜSULLAR

Baxış sayı: 1. 582

Mənəvi inkişaf prosesində vibrasiyaların sayı artır. Bu zaman sual yaranır ki, kənar mühitdə, geniş toplum arasında daxili harmoniyanı necə qoruya bilərik? Kənar enerjilərin auramıza təsir göstərməməsi üçün nə etməliyik?

Hər kəsin energetikası müxtəlifdir. Yadda saxlayın ki, mənəvi cəhətdən sizi kamilliyə doğru aparan məşqlərlə məşğul olursunuzsa, o zaman enerji sahəsinin öz saflığını qoruyub saxlayırsınız. Digər insanların emosiyalarına və enerjilərinə həssaslıq göstərirsinizsə, enerji müdafiə texnikası sizə mütləq lazım olacaq.

“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda oxucuları energetik müdafiə texnikaları ilə tanış edir.

 

Energetik qoruma nə üçün lazımdır?

Hər bir insan enerji sahəsinə – auraya malikdir. Kiminsə aurası məhduddur, digərinin isə diametri bir neçə metr uzundur. İctimai yerlərdə hər birimiz başqalarının enerji sahələri ilə ünsiyyətə giririk. Bu yolla yad enerji sizin auranıza qarışır.

Əgər insan yüksək əhval-ruhiyyədədirsə, o, işıq və sevinc yayır. Təəssüflər olsun ki, insanların çoxu problemlərinin həll yollarını düşüncələrində daşıyır və bu, onların aurasında əks olunur. Bizim əsas məqsədimiz odur ki, daxili harmoniya balansını qoruya bilək. Aşağıda auramızı kənar təsirlərdən qoruyan texnikalar verilib. Lakin unutmayın ki, onları sizə təsir edəcəyi qorxusundan deyil, insanlara olan sevginizdən dolayı tətbiq edirsiniz. Öz enerjinizi müdafiə etməklə siz başqalarını özünüzdən uzaqlaşdırmısınız. Əsas odur ki, qəlbinizdə onlara olan sevgini qoruya biləsiniz.

 

Daxili vəziyyətin qorunmasına dair ümumi tövsiyələr

Texniki məsələlərə keçməzdən əvvəl enerji qorunmasının ümumi qaydaları barədə xatırladaq və qeyd edək ki, əksər hallarda sizə mənfi enerjidən qorunmaq lazım olmayacaq. Əgər daxilinizdə neqativ yoxdursa, o, sizə cəlb olunmayacaq.

 

Beləliklə, tövsiyələr:

Dramı özünüzə cəlb etməyin;

Hökm etməyin;

Qeybət etməyin;

Müntəzəm olaraq torpaqda gəzin;

Enerji gimnastikası ilə məşğul olun;

Meditasiya edin;

 

1. Auranın balanslaşdırılması

Geniş insan əhatəsində olduğunuz zaman auranızı 70 sm-dən 1 mm-dək qədər sıxın. Böyük qələbəliklər və ya xalq qarşısında çıxış edən kəslər isə əksinə, insanları öz aurasının təsirinə salmaq üçün onların enerjisi özünə çəkir. Bu halda bizim vəzifəmiz başqadır – başqalarının mənfi hisslərini almamaq. Odur ki, ictimai yerlərə getməzdən əvvəl energetik sahəsinin sərhədlərini araşdırın. Onlar sıx olmalıdır. Aura boşluqlarını yoxlayın. Əgər onlar varsa, elə düşünün ki, ürəyinizdən çəhrayı (və ya başqa) işıq yayılır və ətrafınızdakı hər şey homogen bir hala gəlir.

 

2. Texniki qoruma – yumurta (Barama)

Bu texnika çox yaxşı işləyir. Özünüzü ağ enerji baramasında təsəvvür edin. Ağ rəng sizi maksimum müdafiə edir. O, keçilməzdir. Siz ağ yumurtanın içində olarkən nə sizdən heç nə getmir, nə də sizə heç nə gəlmir. Bu zaman energetik baxımdan gözəgörünməzə çevrilirsiniz. Vəziyyətdən asılı olaraq və başqa rənglərdən istifadə edə bilərsiniz:

Əgər sevgi lazımdırsa, özünüzü çəhrayı işıqla mühasirəyə alın.

Şəfa üçün yaşıl rəng uyğun gəlir.

Müdafiə üçün göyü seçin.

 

3. Bənövşəyi alov müdafiəsi

Bənövşəyi alov təmizləyici xüsusiyyətə malikdir. Onu müxtəlif situasiyalarda və variantlarda istifadə etmək olar. Məsələn, ictimai yerlərə getməzdən əvvəl auranızı bənövşəyi alovla örtün. İctimai yerləri ziyarət etdikdən sonra evə qayıtdıqda, bənövşəyi duşu “özünüzdən yuyun”. Bənövşəyi alov transformasiya prosesini başladır, odur ki, bu texnikadan ehtiyatla və ölçüsündə istifadə edin.

 

4. Qoruyucu mələklərə müraciət

Hamının qoruyucu mələyi var, özü də tək deyil. Mələklər həmişə bizim yanımızdadır. Onların vəzifəsi bizi qorumaq, müdafiə etmək və istiqamətləndirməkdir. Amma onlardan yardım istəməsək, bizə kömək edə bilməyəcəklər. Mələklərlə ünsiyyət barədə dini kitablar, o cümlədən Dorin Verçenin kitabından öyrənə bilərsiniz.

 

5. Müqəddəs yerlərim yaradılması

Əla müdafiə vasitəsindən biri də özünə müqəddəs yer təşkil etməkdir. Bu, hansısa konkret yer və ya sizin evin hansısa guşəsi ola bilər. Bu, gizli, həmçinin özünüzü rahat və təhlükəsiz hiss etdiyiniz məkan olmalıdır. Gizli məkan ehtiyacınız olduğu zaman sizi enerji ilə təmin edir. Seçdiyiniz yeri tez-tez ziyarət edin və yadda saxlayın ki, bu zaman 10 dəqiqə sizə heç kim toxunmamalıdır.

 

Daha bir variant:

Əgər siz “hadisələrin mərkəzinə”, təlaşlı və vahimə yaradan insanların arasına düşmüsünüzə, dərindən nəfəs alıb verin. Elə təsəvvür edin ki, siz öz müqəddəs yerinizdəsiniz. Siz arxayın və sakitsiniz, sizi heç nə narahat etmir. Fiziki baxımdan xaosda olsanız da, mənəvi baxımdan rahat və sakitsiniz.

 

6. Mantra istifadə edin (Mantra – dini musiqi)

Metroda olarkən qulaqcıqları taxıb sakitləşdirici mantra və ya istənilən digər musiqini dinləyin. Bununla siz stabil emosional vəziyyəti qoruyub saxlayın, ağır vibrasiyaların sizə toxunmasına imkan vermirsiniz.

 

7. Su ilə təmizlənməsi

Su bütün neqativi yuyub aparır. Ağır gündən sonra evə gələn kimi hamama girib çimin və bu prosesi neqativdən arınma kimi qəbul edin. Əgər duş qəbul etmək imkanı yoxdur, istənilən ictimai tualete girib əllərinizi eyni niyyətlə yuyun. Elə təsəvvür edin ki, su bütün lazımsız duyğuları təmizləycək. Belə sadə hərəkətləri ayinə çevirməyi öyrənin.

 

8. “Şəlalə” enerji müdafiə texnikası

Neqativdən xilas olmaq üçün duş qəbul etmək və ya əlləri yumaq vacib deyil. Təsəvvür edin ki, siz şəlalə altında oturmusunuz. Siz böyük kütlənin arasındasınız və su yuxarıdan başınıza tökülür. Nəticədə ətrafda baş verən heç bir şey sizi maraqlandırmır.

 

9. Qızılgül vasitəsilə müdafiə

Auranı arzuolunmaz təsirlərdən qorumaq, neqativ hislərə müqavimət göstərmək və sərhədləri müəyyənləşdirmək üçün qızılgül istifadə edin. Çünki torpağın dərinliklərindən kök atıb yerin üzünə qalxan qızılgüllərin ətrafınızda üzən lazımsız və özgə enerjisini udmaq kimi xüsusiyyəti var. Əlbəttə ki, qızılgül bütün problemləri həll etməyəcək, lakin onlar xeyli kömək edəcək.

 

Qızılgül ritualları

Gözlərinizi yumaraq yerə uzanın və auranın lazimi korreksiyasını yerinə yetirin. Qızılgül istənilən ölçüdə və rəngdə ola bilər, onları qarşınızdakı aura kənarına qoyun. Bunu ətraflı nəzərdən keçirin. Təsəvvür edin ki, bu qızılgülün kökü torpağın dərinliklərində yerləşir. Niyyəti dəqiqləşdirin.

Qızılgülləri auranın sağına, soluna və başın arxasına düzün. Onları axşama qədər yerində saxlayın. Yatmazdan əvvəl fikir verin ki, qızılgüllər bağlanıbmı, əvvəlki kimi təzədir, yoxsa solub… Onların vəziyyəti sizi nə dərəcədə qoruya bildiklərinin dəqiq təsviridir. Müşahidələr apararaq, yenidən təkrar mərhələləri yerinə yetirin: mövcud qızılgül əridin, sonra özünüz üçün yeni və təzələrini yaradın.

Siz ilk dəfə öz auranızda qızılgüllər yaratmağa başlayanda, köhnələri yox etmək tövsiyə olunur. Onların vəziyyəti dəyişməz olaraq qalanadək gündə bir neçə dəfə özünüzə yeni güllər yaradın.

Uzun müddət ruhi inkişaf yolunda olan insanlar özlərini mənfi enerji təsirlərindən qoruya bilmək üçün lazımi vasitələrə malik olur. Onların hər birinin özünün “təcili yardım dəsti” var. Fantaziyanı artırın, intuisiyanızı dinləyin. Özünüzün müdafiə yollarını yaradın. Bunu necə etmək vacib deyil, ancaq həyatınızda tətbiq etdiyiniz əhəmiyyətlidir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir