Niftali Namazli

Niftalı Namazlı: “Müharibəni səhnədə yaşadım, gözlərim qarşısında canlandı”

Baxış sayı: 629

Azərbaycanlı aktyor Niftalı Namazlı Naxçıvan Dövlət Milli Dram Teatrında səhnəyə qoyulan “Vətən Sevgisi” psixoloji dram tamaşasında yaşadığı təcrübədən danışıb.

Aktyor bildirib ki, Naxçıvana istirahət məqsədilə getsə də, teatrın aktyoru, Prezident mükafatçısı Nəsimi Məmmədzadənin dəvəti ilə tamaşaya qatılıb:

“Əvvəlcə məşq prosesini izləməyə dəvət olundum. Daha sonra hərbçi obrazı mənə həvalə edildi və səhnəyə çıxdım. Ertəsi gün isə əlavə olaraq həkim obrazı da verildi. Beləliklə, iki fərqli obraz canlandırdım.”

 

Niftali N

Bu, aktyorun Naxçıvanda ilk səhnə təcrübəsi olub:

“Tamaşanın bu qədər seviləcəyini və dəfələrlə səhnəyə qoyulacağını gözləmirdim. Tamaşaçı reaksiyası mənim üçün çox dəyərli oldu.”

O, tamaşada tərəf-müqabili olan Əməkdar artist Mehriban Xanlarova ilə bağlı da fikirlərini bölüşüb:

“Onun layihədə iştirak edəcəyini əvvəlcədən bilmirdim. Sonradan öyrəndim və çox sevindim. Peşəkar sənətkarla eyni səhnəni bölüşmək böyük məsuliyyət və eyni zamanda qürurdur.”

 

Aktyor tamaşanın emosional yükündən də söz açıb:

“Səhnələrin ağırlığı məni həm ağlatdı, həm də gözlərim qarşısında müharibəni canlandırdı. Müharibədə iştirak etmək mənə nəsib olmasa da, səhnədə o hissləri yaşadım. Hər səhnədə anlayırdım ki, bu sadəcə rol deyil, bir xalqın ağrısını çatdırmaqdır.”

niftali

Sonda o, şəhid və qaziləri yad edib:

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam və uzun ömür versin. Biz səhnədə onların yaşadıqlarını ifadə etməyə çalışırıq, amma reallıq daha ağırdır.”

Aktyor, həmçinin onu bu layihəyə dəvət edən və etimad göstərən Nəsimi Məmmədzadəyə təşəkkürünü bildirib və Naxçıvan səhnəsində çıxış etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Vətən Sevgisi” tamaşası müharibənin ağırlığını, hərbçilərin fədakarlığını, şəhidlik zirvəsini və qazilərin qürurunu tamaşaçıya çatdırmağı hədəfləyir..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir