sevgi

Nikahı möhkəmləndirən 5 FAKTOR

Baxış sayı: 1. 490

Zina uğursuz nikahın əlamətlərindən biri ola bilər. Cütlükdən biri ailə həyatından razı deyilsə, istəklərini başqası ilə kompensasiya etməyə çalışır. Bu, yalnız cinsi deyil, həm də emosional münasibətlərə aiddir. Zina ailənin dağılmasına gətirib çıxara bilər, odur ki, əlaqələrdə heç bir narazılıq yaranmaması üçün çıxış yolu tapmaq lazımdır.

Amerikalı tədqiqatçı Uillard Hadli nikahı möhkəmləndirib zina ehtimallarını aşağı salan 5 əsas ehtiyacı açıqlayıb.

 

1) Qayğı və diqqət

Qucaqlamaq, öpüş və hər hansı qayğı təzahürü istənilən qadını sevindirir.

Cinsi məmnunluq da kişilərin qadına göstərdiyi qayğıdan asılıdır. Qayğı və nəvaziş yoxdursa, qadınlar tez-tez intim əlaqədən imtina edir.

 

2) Ünsiyyət ehtiyacı

Söhbətə ehtiyac bir qadın üçün son dərəcə vacibdir. Kişinin ikinci yarının söhbətlərinə qulaq asması və emosional reaksiya verməsi qadın üçün əhəmiyyət kəsb edir.

Kişi üçün dosta ehtiyac, mənafeyini və maraqlarını qadınla paylaşması çox vacibdir. Adətən qadınlar nikaha qədər kişilərin əyləncələrinə ortaq olur, toydan sonra isə ərinin maraqlarını unudaraq onu öz maraqlarına cəlb etməyə məcbur edirlər.

 

3) Dürüstlük

Dürüstlük, səmimiyyət və həqiqətdən başqa heç bir şey. Bu, həm kiçik məsələlərdə, həm də böyük məsələlərdə qadın üçün həqiqətən vacibdir.

Kişi də həyat yoldaşının cəlbediciliyinə ehtiyac duyur. Birincisi, ictimaiyyətə gözəl həyat yoldaşını təqdim etmək həmişə xoşdur, ikincisi, yalnız daxili keyfiyyətləri qiymətləndirmək və sevmək çox çətindir.

 

4) Maliyyə yetərliliyi

Qadınlar üçün ailənin maddi baxımdan təmin olunması vacibdir. Bu, qadına özünü tamamilə rahat və güvəndə hiss etdirir.

Kişi də öz növbəsində evdəki rahatlığa ehtiyac duyur. İşdən çıxarkən kişilər yolda həyat yoldaşının onu evdə ləziz yeməklərlə qarşıladığı barədə xəyal və fantaziyalar qurmağı sevir.

 

5) İdeal ata

Qadınlar üçün ərinin həm yaxşı bir ata, həm də nümunəvi insan olması vacibdir.

Kişi isə qadının onunla qürur duyması və heyran olmasına ehtiyacı duyur. Qadın heyranlığı sadəcə “Sənə halaldır” sözü ilə deyil, həm də təbii hissləri ilə ifadə etməli və ötürülməlidir. Məsələn, “Sənin uğur və nailiyyətlərinə sevinirəm” frazası kişinin eqopsunu inanılmaz dərəcə məmnun edir. Odur ki, kişinin hətta ən kiçik qələbələrinə səmimi hörmət etmək lazımdır. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir