Son zamanlar geniş yayılan, uşaqların özlərini yaxşı hiss etmələrinə şərait yaradan, özünə inam hissini artıran və problemləri həll etmə bacarıqlarını inkişaf etdirən “Pozitiv İntizam Üsulu” xoşbəxt və şən uşaqlar böyütmək üçün başlıca düstura çevrilib. Dushunce.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, uşaqların özünə qarşı inamını artırmaqla bərabər, yerinə yetirməli olduqları tapşırıqlara qarşı istəklərini də çoxaldan bu üsul bir çox valideynlər tərəfindən tətbiq olunur.
Pozitiv İntizam üsulu ilə yetişdirilən uşaqların mənfi, travmatik hadisələrə yanaşmalarının daha fərqli olduğunu və mənfi hadisələrin öhdəsindən daha asanlıqla gəldiklərini izah edən psixoloq “Bu uşaqların depressiyaya girmə, travma sonrası stress yaşama ehtimalı azalmaqdadır. Uşaq və gənclər cəzalandırıldıqda sahib olduqları enerjiini özlərini müdafiə etmək üçün səfərbər edirlər. Pessimist dünyagörüşünə sahib olurlar. Pozitiv İntizam üsulu uşaqlarını idarə etmək istəyən valideynlərə qarşı onların (uşaqların) sərgilədiyi mənfi reaksiyaların qarşısını alır. ‘Çox gözəl! Demək dərslərini oxumağa başladın, cəhd etdiyinə görə çox sevindim, bunun öhdəsindən gələ biləcəyinə əminəm!’ kimi müsbət yanaşmalarla rola girib dərs oxuyurmuş kimi davanan uşaq davranışlarını əngəlləyə bilərik. Əks halda, uşaq sahib olduğu enerjinin böyük bir hissəsini qeyd etdiyimiz kimi özünü müdafiə etmək üçün işlədəcək.
Pozitiv bir uşaq yetişdirmək üçün valideynlərə bir neçə təklif:
Uşaqlarınıza seçim təqdim edin, seçim etmək üçün fürsətlər verin.
Problemi onun əvəzinə həll etməyin və ya həll təklifləri ilə kömək etməyin.
Səhv etmək üçün də fürsət verin ki, səhvlərindən nəticə çıxara bilsinlər.
Başqalarının duyğularını anlaya bilməsinə kömək edin.
Müsbət yanaşma tərzi davranışdan dərhal sonra da göstərilməlidir. Əvvəlcə “afərin, çox yaxşı iş bacardın” kimi şifahi dəstək, qucaqlamaq, saçını oxşama kimi fiziki təmas, sonra isə dostları ilə gəzinti və ya parka, kinoya aparma kimi mükafatlar verilməlidir.
Uşağın müsbət davranışlarını yoldaşınıza, ailə böyüklərinə şişirtmədən söyləyin və uşağın da bunu eşitməsinə şərait yaradın.
Uşağa ev daxili və ev xarici məsuliyyətlər verin.
Şərtsiz sevildiyini hiss etdirin.
Tutarlı davranın, təsdiqləmədiyiniz bir davranışa sonradan icazə verməyin.
Fiziki ehtiyaclarını qarşılayın.
Etibarlı bir ətraf mühit yaradın.
Ona zaman ayırın.
Qaydalar, sərhədlər bəlirləyin.
Layiq olmadığı, şişirdilmiş təriflər söyləməyin.
Səbrli və anlayışlı olun.
“Dushunce.az”