sac

Nişan günü üçün hansı saç modeli uyğundur?

Baxış sayı: 3. 725

Gəlin saçı və makiyajının ilk sınağı nişan saçı və makiyajınız olacaq. Üstelik nişan saçı və makiyajında daha çox alternativiniz olacaq. Nişan saç-makiyajı sadə, romantik olmalıdır.

Dağınız və təbii topuz

Toyda sıx topuz edilməsinin səbəbi duvağın rahat tutdurulmasıdır. Ama nişan saçınız üçün sıx topuz və çox cəlbedici modellər seçmənizə ehtiyac yoxdur. Əgər topuz etdirmək istəyirsənizsə, dağınıq bir topuz tövsiyyə edirik. Çünki həmin gün yeni ailənin üzvləri və yeni qohumlarınızla daha yaxından tanışlıq olur.

Düz və ya dalğalı

Əlbəttə nişanda da görünüşünüzə diqqət etməlisiniz və gündəlik vəziyətinizə fərqlilik qatmalısınız. Amma toy qədər ehtiyac yoxdur. Üz şəklinizə uyöun saç modelləri seçərək, düz və ya dalğalı saç düzümü edə bilərsiniz.

Hörük saçı və ya at quyruğu

Balaca bir qız olanda analarımızın saçımızı müxtəlif hörüklər etməyini şirin təbəssümlə xatırlayırıq. Nişanda hörük modelləri ilə romantik və xoş görünəcəksiniz. At quyruğu saç modeli isə sizə “cool” görüntü qatacaq.

Qısa saçları necə etməli?

Qısa saçın gözəl qadınlara yaraşdığını söyləyirlər. Qısa saçınız varsa, gözəl bir üzünüz və aydın cizgiləriniz var. Bu gözəlliyi nişanınızda da göztərməkdən çəkinməyin. Saç aksesuarları qısa saça daha çox yaraşır. (Menimtoyum.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir