Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.
Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyü adsız barmağa taxılır. Bu da urəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.
Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük is sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Bu “Üzük dili” XIX əsrin sonlarına qədər davam etmişdir.
Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. İndi də Şərq ölkələrində nişan üzüyü sol əldə gəzdirilir. Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi xüsusiyyətini itirir.
Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə “M” hərfi yazdırmışdı.
Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı qarşılanmır. Yalnız irsi olaraq verilən üzük istisna sayılır.
Böyük nişan mərasimi – nişantaxdı zamanı oğlan evindən gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.