uzuk

Nişan üzüyü necə yaranıb? – TARİXÇƏ

Baxış sayı: 2. 438

Hər qadının arzuladığı ən gözəl zinət əşyası nişan üzüyüdür. “Gencaile.az” nişan üzüyünün necə yaranması barədə maraqlı məlumatları diqqətinizə çatdırır.

1800-cü illərdə bəzi amerikalı kişilər gələcək həyat yoldaşlarına tikiş üsküyü verirdi. Toydan sonra üsküyün uc tərəfi kəsilərək üzük hazırlanırdı. Bir ingilis adətinə görə isə, cütlük bir parça qızılı, ya da gümüşü iki partnyorun da saxlaması üçün iki hissəyə bölür və sonra nişanı rəsmiləşdirmək üçün bir qədəh şərab içərdilər.

Nişan üzüklərinin tarixi Roma imperiyasına qədər gedib çıxır. III Papa İnnosent nişan və evlilik arasında məcburi gözləmə müddətini tətbiq etdikdən sonra nişan üzükləri dəb halını almağa başlayır. Üzüklər əvvəlcə dəmirdən, sonra isə qızıldan hazırlanan sadə halqa formasında idi. Nişan üzüyünü sol ələ taxma adəti isə, iddialara görə yunanların və romalıların üzük taxılan barmağından birbaşa ürəyə gedən “Vena Amoris” adlı xüsusi damar inanclarından gəlir.

Brilliantlar isə sonradan əlavə olunub. 1477-ci ildə avstriyalı Arşidük Maximillian gələcək həyat yoldaşına parlaq daş-qaş hədiyyə edən ilk kişi olub. Lakin parlaq qaşlar 1930-cu illərdə De Beerin böyük satışına qədər aristokrat olmayanlar arasında populyar olmayıb.

19-cu əsrin sonunda, Cənubi Afrikadakı böyük almaz mədənlərinin kəşfindən sonra De Beer həm satışı, həm də alışı monopoliyası altına alır. Firma, yatırımlarını qoruya bilmək və almaz qiymətlərini yüksəldə bilmək üçün bu qaşların nadir və dəyərli olması barədə şayiələr yayma strategiyası aparır. Sonra almaz sənayesini idarə altında tuta bilmək üçün bir kartel yaradır və qaşları status simvolu olaraq sata bilmək üçün Nyu Yorklu bir reklam agentliyi ilə çalışmağa başlayır. Və aparılan reklam kampaniyaları nəticəsində istehlakçıların brilliant üzükləri ailə yadigarları olaraq görmələri təmin edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir