Nişan üzüyü niyə məhz dördüncü barmağa taxılır?

Baxış sayı: 1. 768

Evlənən hər bir xanım və hər bir kişi evlilik üzüyünü sol əlin 4-cü barmağına taxar. Bəs heç düşündünüzmü nəyə görə???

Əksəriyyət insan bu sualın cavabını bilmədiyindən bu yazını sizə təqdim etməyi düşündük. İndi isə səbəbini öyrənək.

Müasir zamanda alyansı dördüncü barmağa taxmaq mədəni bir normadır. Kimi mədəniyyətlər sağı, kimiləri solu seçsə də 4-cü barmaq ortaq qərardır.

Yaxşı, bəs bu vəziyyət bir təsadüfdür?

Edilən araşdırmalar nəticəsində evlilik üzüyünün sol əl və 4-cü barmağa taxılmasının səbəbi köhnə inanc və ənənələrə bağlıdır.

Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada evlilik üzüyü həm qadın, həm kişi tərəfindən sol əlin 4-cü barmağına yəni üzük barmağına taxılır.

Köhnə Romalılar “eşq damarı” mənasını verən “vena amoris” deyə bilinən bir damardan bəhs edər və bu damar sol əlin dördüncü barmağından ürəyə gedər. Bu inanc ümumi olaraq 4-cü barmaq seçiminin başlanğıc nöqtəsi qəbul edilir.

Köhnə zamanlarda Xristian toylarında gəlinin ortadakı üç barmağına birdən üzük taxılırdı. Ata, oğul və müqəddəs ruhu təmsil edən… Dördüncü barmaqdakı üzük toydan sonra da taxılı qalmağa davam edərdi.

Çinlilər isə, baş barmağın valideynləri, işarə barmağının qardaşları, orta barmağın özümüzü, 4. barmağın yoldaşımızı və sərçənin də uşaqlarımızı təmsil etdiyinə inanır.

Bəzi Avropa mədəniyyətlərində də qadın üzüyü dördüncü barmağına toydan əvvəl taxar, amma daha sonra rəsmi olaraq evlənincə üzüyü sağ əlinə keçirər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir