Ulviyye Efendiyeva

Nitq pozuntularının səbəbləri – LOQOPED YAZIR

Baxış sayı: 812

Nitq – insanların ünsiyyət qurmaq məqsədilə istifadə olunan prosesdir. Dil və nitq bir-birilərilə möhkəm bağlıdırlar və bu bağlılıq (əlaqə) onu göstərir ki, dil ünsiyyətin və o insanlar danışdıqları vaxt mövcud olur.

Hippokrata görə nitq qüsurlarının yaranmasında aparıcı  rol baş beyin zədələnmısilə bağlıdır.

Aristotelə görə nitq qüsurlarının yaranma səbəbi periferik nitq aparatıdır.

XIX əsrin əvvəllərində ilk dəfə Xvatsev nitq qüsurlarının daxili (endogen), xarici (ekzogen) səbəblərdən yarandığını bildirib ki , bunlar da bir – birilərilə sıx əlaqədardır. Onlar orqanik, funksional və sosial- psixoloji səbəblərdir

Orqanik səbəblər bətndaxili, doğuş və doğuşdan sonrakı dövrdə beynin zədələnməsi və inkişafdan qalmasıdır

Funksional səbəblər mərkəzi sinir sisteminin oyanma və tormuzlanma proseslərinin pozulmasıdır

Sosial- psixoloji səbəblər ətrafın təsiri, kar valideynin tərbiyə etdiyi uşaq və s.

Loqoped

Nitq patalogiyasının əsas səbəbləri bunlardır

1) 4 həftəliyindən 4 aylığa qədərki dövrdə dölün inkişafının pozulması zamanı nitq deffektləri yaranır. Hamiləlik zamanı toksikoz , viruslu endokrin xəstəliklər, travma, qan uyğunsuzluğu əsas nitq patalogiyasının səbəbidir

2) Doğuş zam anı yaranan doğuş travmaları, asfiksiya

3) Uşağın ilk yaş dövründə xəstəliklər keçirməsi- mədə bağırsaq pozuntusu, ensefalit

4) Beyun silkələnmənməsilə müşahidə edilən kəllə travması

5) İrsi faktorlar

6) Əlverişsiz sosial mühit

– pedaqoji baxımsızlıq

– hiperhimayə

Hal hazırkı dövrdə uşaqlarda nitq ləngiməsinə çox rast gəlinir. Bunun səbəbləri çoxdur. Yuxarıda yazılanlardan əlavə qeyd  etmək istərdim ki , valideynlər bu mövzuya daha diqqətli yanaşsınlar. Körpəlikdən uşaqla ünsiyyət qurmağa çalişmalı , uşağın hər sualına cavab verməli, izah etməlidirlər. Uşaqlar oynayaraq inkişaf edirlər, hər gün müəyyən zaman ayırıb oyunlar qurmaq olar. Həmin oyun içərisində uşaq  daha çox öyrənir. Həm də əylənərək öyrənir.

Uşaqlarda sosiallaşma ilə bağlı problemlərlə rastlaşırıq. Bunun səbəbi telefon və televiziyalardır. Uşaq gününün çox hissəsini ekran qarşısında keçirir və nəticədə zamanla ciddi problemlər yaranır. Televiziya qarşısında müəyyən vaxt keçirmək olar. Amma çalışmaq lazımdır  ki, uşağın izlədiyi onun yaşına  uyğun olsun. Danışıqlar aydın səslənsin, üz cizgiləri bəlli olsun. Oyuncaq seçərkən də diqqətli olmalıyıq, yaşına uyğun və öyrədici olması məsləhətlidir.

Uşaq musiqilərini övladları ilə birlikdə valideynlər də oxusalar, uşaqlara daha da maraqlı olar.

Yaşına uyğun kitablar hədiyyə edib, birlikdə oxuyaraq, şəkillərinə baxaraq kitaba qarşı maraq oyatmaq olar.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onlar bizim göstərişlərimizlə deyil, etdiyimiz əməlləri təkrar edərək böyüyürlər.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir