“Satış qiyməti 129,95”, “Cəmi 39,99” – hamımız tez-tez belə çağırışlarla qarşılaşırıq. Alış-veriş həyatımızın ayrılmaz hissəsidir və məhsulların üzərinə vurulan qiymətlər bizim hər zaman diqqətimizi çəkir.
Alış-verişimizdə rastlaşdığımız kəsirli rəqəmləri – məsələn, alacağımız köynəyin niyə 100 manat əvəzinə 99,99 manat olduğu hamını maraqlandırır. Gəlin, izahata başlayaq. “200 manat və ya daha çox alış-veriş üçün 25 manat endirim kodu” əslində nə deməkdir?
Onlayn alış-verişin populyarlığının artdığı bu günlərdə biz endirim kodlarından çox istifadə edirik. Bəs bu kodların fraksiyalı qiymətlərlə necə əlaqəsi var?
Onlayn alış-veriş saytında “300 manat və daha çox alış-verişə 30 manat endirim!” ifadəsini görürsünüz. Ancaq almaq istədiyiniz iki məhsuldan biri 189 manat, digəri isə 109 manatdır. Cəmi 298 manat dəyərində olan alış-verişinizdə endirim kodu istifadə edə bilməyəcəyiniz üçün başqa məhsul almağa məcbur qalırsınız.
Alış-verişdə endirim əldə etmək və ya müəyyən məbləğə alış-veriş etsəniz, lotereyada iştirak etmək üçün siz fraksiya qiymətləri ilə qarşılaşmalı ola bilərsiniz. Beynimiz sol rəqəmə diqqət yetirir…
Mütəxəssislərin fikrincə, beyin almaq istədiyimiz məhsulun qiyməti 3.00 manat olduqda 3 rəqəmini, 2.99 manat olduqda isə 2 rəqəmini nəzərə alır. Yəni fərqinə varmadan 2,99 manatlıq bir məhsulda 2 manatın yanına əlavə edilən qəpiklərə fikri vermirik və məhsulu sanki 3 manatdan çox aşağı qiyməti varmış kimi qəbul edirik.
2008-ci ildə Cənubi Brittani Universitetində bu mövzuda maraqlı elmi araşdırma aparılıb. Bir pizzacıda aparılan təcrübədə qiyməti 8 avro olan pizzaların qiymətləri 7,99 avroya dəyişdirilib və təəccüblü nəticələr əldə edilib. Cəmi 0,01 avro ucuzlaşmasına baxmayaraq, satışlar əhəmiyyətli dərəcədə artıb. 9 rəqəminin insan beyni ilə əlaqəsi daha mürəkkəbdir.
Məhsul qiymətlərinin fraksiyalarının adətən “.99” və ya “.95” olduğunu görürük. Bunun səbəbi bəzi rəqəmlərin beynimizdə daha cəlbedici olması ilə bağlıdır. MIT-dən Duncan Simester və Çikaqo Universitetindən Erik Andersonun bu mövzuda apardıqları elmi araşdırmaya nəzər salaq.
Üç fərqli kataloqda eyni məhsulun qiyməti 44, 39 və 34 dollar olub. Maraqlıdır ki, qiyməti 39 dollar olan eyni məhsul daha çox satılıb. Nə üçün 39 dollara satılan kataloq daha ucuz alternativ olduqda daha çox satıla bilər? Məlum olub ki, buna səbəb qiymətin son rəqəminin 9 olmasıdır ki, bu da endirim edilməsi fikrini yaradıb.
Ancaq bu hər zaman yaxşı fikir olmaya bilər. İnsanların dəbdəbəli xidmətlər istədikləri yerlərdə, məsələn, bahalı restoranlarda təklif edilən xidmətin ucuz olduğunu düşünməmək üçün bu satış siyasətindən ümumiyyətlə istifadə edilmir.
Dama-dama göl olar …
Fraksiyalı qiymətlərin səbəbi təkcə psixoloji deyil. Alış-verişinizdə kartla ödəmək əvəzinə nağd ödəmə variantından istifadə etsəniz, siz də müəssisələrin vergilərinə töhfə vermiş ola bilərsiniz.
29.99 manata aldığınız məhsulun pulunu ödəmək üçün kassaya gələndə cibinizdən 30 manat çıxarıb ödənişi edib gedirsiniz. Bəs qalan 1 qəpiyə nə olur? Tutaq ki, alış-veriş etdiyiniz yer 10.000 filialı olan mağazalar şəbəkəsidir. 10 qutu olan bu supermarketdə hər kassadan 200 nəfər alış-veriş etsəydi və hərəsinə 1 qəpik qoysaydı, günün sonunda cəmi 20 manat olardı, bir ildən sonra isə tam olaraq həmin 1 manatdan 73.000.000 manat yığılmış olur.
Bu ticarət məkanı əgər şəbəkəlidirsə, o zaman bu məbləğ çox ciddi ölçülərə çatır. Deməli, bizim önəm vermədiyiniz 1 qəpik və 5 qəpik dama-dama gölə çevrilir. Son olaraq qeyd edək ki, məhsul etiketlərində qarşılaşdığımız kəsirli qiymətlər şirkətlərin satış siyasətidir və bu da satış nisbətlərini əhəmiyyətli dərəcədə artırır.
Hüquqşünas Məhəmməd Səlimov bildirir ki, bu satış siyasətidir, buna kimsə müdaxilə edə bilməz. Əgər istehlakçı bu siyasətlə razılaşmayırsa, bir qəpiyini tələb edə bilər, o qədər. Bu kimi aldadıcı satış siyasətləri heç bir məsuliyyət vermir. Çünki alıcı məhsulu alarkən qiymətini görür, razılaşır və ödəyir. Kimsə onun cibinə girib, həmin məbləği zorla götürmür.
“Əgər satıcı aldadıldığını düşünürsə, pulunun qalığını tələb esin və ya kartla ödəniş etsin. Ancaq hansısa mağazaya sən bunu 3 manata deyil, 2,99 manata qoymusan, bu isə məni aldadır demək, düzgün deyil. Sadəcə olaraq, alış-veriş zamanı heç kimi günahlandırmadan diqqətli olmaq önəmlidir”,- deyə o bildirir.
İlahin Zaman