b

Niyə büstqalterlə yatmaq məsləhət deyil? – ARAŞDIRMA

Baxış sayı: 1. 920

Qadınların çoxunda bir inanc var ki, büstqalter döşlərin sallanmasının qarşısını alır. Mütəxəssislər də bu inancı araşdırıb və olduqca maraqlı nəticələr ortaya çıxıb. “Gencaile.az” bu araşdırmanın bəzi nəticələrini təqdim edir.

qad

Əziz qadınlar, ilk növbədə onu bildirək ki, mütəxəssislər büstqalterin döşlərin sallanmasının qarşısını aldığını düşünmürlər. Zamanla döş toxumasının elastikliyini itirməsi nəticəsində sallanmalar qaçılmaz olur və bunun qarşısını gecələr büstqalter taxmaqla ala bilməzsiniz. Çünki yatarkən döşlər aşağı sallanmır, sadəcə geriyə, sinəyə yapışır. Büstqalterin məqsədi isə döşləri yuxarı qaldırmaq olduğu üçün gecə taxmaq lüzumsuzdur.

 

Mütəxəssislər gecə büstqalter taxmağın hətta mənfi təsirləri olduğunu açıqlayıb. Bərk büstqalter taxmaq sinə və döş altı limfa vəzlərini sıxıır və toksinlərin bədəndən atılması kimi həyati bir funksiyanı iflasa uğradır. Yatarkən bərk büstqalter taxmaq döş fiziologiyasına təsir edir, qan dövranına və limfa fəaliyyətinə mane olur. Bu səbəbdən də xroniki iltihab və ödəmə yol aça bilər. Odur ki, gecə yatanda büstqalteri mütləq çıxarın. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir