Bir çoxları üçün saxtakarlıq, xəyanət bağışlanmaz olsa da, bəziləri bu sınaqdan çıxa bilir və birlikdə qalmağa davam edirlər. Bəs buna səbəb nədir? Bu suala psixoloqlar cavab verirlər.
Beləliklə, bu yazıda xəyanəti bağışlamağa səbəb olan amillərdən danışırıq.
1. Münasibətləri davam etdirmək istəyi
Bəzi insanlar hesab edir ki, bağışlamaq və problemin öhdəsindən gəlmək daha güclü bir əlaqəyə səbəb ola bilər, münasibətləri sağlamlaşdırar. Belə insanlar partnyorunun dəyişəcəyinə ümid edirlər.
2. Uşaqlar və ailə
Uşaqlar əsas səəblərdən biridir. Həmçinin, ər-arvad öz böyük ailəsinin qalan üzvlərinin təsiri altında yuvanı dağıtmamaq qərarı verə bilər.
3. Dəyişiklik və ya təklik qorxusu
Tək qalmaq, yenidən başlamaq və ya naməlum bir gələcəklə üzləşmək qorxusu bəzi insanların əlaqəni tərk etməsinə mane ola bilər. Bağışlamaq bu qeyri-müəyyənlikdən xilas olmaq üçün bir yol olaraq görülür.
4. Ünsiyyət və dəyişmək bacarığı
Cütlük hər şeyi açıq-açıq danışıb öz xəstə münasibətlərini birlikdə sağaldanda xəyanət bağışlanır.
5. Şəxsi inkişaf və öyrənmə
İnsanlar təcrübəni şəxsi inkişaf və özünü kəşf etmək üçün bir fürsət kimi qiymətləndirə bilərlər.
Onlar vəziyyətdən öyrənmək, özlərini və münasibətlərini yaxşılaşdırmaq üçün bağışlamağı seçirlər.