Həyat çətindir. Aşiq olmaq isə çox daha çətindir: Çünki iki fərqli zehnin ortaq nöqtədə görüşməsi, çox nadir baş verən bir haldır.
Günə yalnız başladığınız hər gün aynaya baxıb, “Mənim nəyim əksikdirki, əlim üzüm düzgündür, ağıllıda bir insanam. Niyə yalnızam?” kimi cümlərlər qurursunuzsa, bəlkə də bu həddindən çox ağıllı olmağınızla əlaqəli ola bilər. Elm adamları bu məsələni araşdırıblar.
Ağıllı insanlar həm öz hisslərini həm də qarşısınakının hisslərini analiz edərlər
Onlar, məlumat toplamaq və bu məlumatların vasitəsilə ortaya bir nəticə çıxarmaq barədə çox yaxşıdırlar. Bu həyatlarına üstünlük qatmaqla bərabər, mənfi də təsir göstərir. Münasibət başında bir problem yaşamaqları, yaxşı davam edəcək bir münasibət də olsa, o anda yekunlaşdırılmasına səbəb ola bilir.
Ağıllı insanlar, başqa insanlara özləri barədə danışmaq üçün zamana ehtiyac duyarlar
Oğlanlar, ən xırda detalı, fərqliliyi belə incələyər, səbəbini soruşarlar. Münasibətlərdə də keçərli olan bu vəziyyət, ağıllı insanların özlərini tam olaraq ifadə etmək üçün zamana ehtiyac duymaları ilə nəticələnir.
Tarixin təkərrür edəcəyinə inanarlar
Əvvəlki təcrübələri, mövcud münasibətlərinə təsir edər. Həyatları həmişə səbəb-nəticə olaraq davam etdiyi üçün, bu vəziyyətin münasibətdə də keçərli olduğunu düşünərlər. Bir əvvəlki münasibətdə olan şey yenisində də olacaq deyə bir şey yoxdur: hətta münasibətin ilk zamanlarında olan problemlər də sonrasında təkrarlanmaya bilər: ancaq ağıllı insanlar bunun belə olacağını görə bilməzlər.
Subaylıq, onlar üçün şüurlu seçimdir
Ağıllı insanlar, onlara aid olmayan ya da birlikdə xoşbəxt hiss etmədikləri şəxslərlə birlikdə olmaqdansa, yalnız olmağı seçərlər. Özlərinə vaxt ayırmağı sevərlər, keyflərini pozmaq və risk almaq istəməzlər.
Səbəbləriniz yuxarıdakılara oxşamırsa, üzr istəyirik amma çox ağıllı deyilsiniz. Normal ağıllısınız. Hamımız kimi.