Sevgi

Niyə sevgi əbədi davam edə bilməz?

Baxış sayı: 1. 014

Güclü sevgi orqanizm üçün güclü stress və ekstrimal hal deməkdir. Təəssüf ki, bu bioloji qanundur və ondan qaçmaq qeyri-mümkündür: sevgi 3 il davam edən kimyəvi prosesdir.

Qədim zamanlardan aşiq olmaq insanlara sağ qalmaq və nəsli davam etdirmək üçün vacib idi. Bizim əcdadlarımız üçün körpəni tək böyütmək, qida tapmaq və eyni zamanda yırtıcılardan qorunmaq çətin idi. İnsanları sevgi birləşdirirdi. 3 il sonra körpə böyüyür və insanlar öz işlərini özləri görür, artıq biri birindən asılı olmurdu. Və sevgi yavaş-yavaş tükənirdi.

3 il davam edən sevgi münasibətlərindən sonra hormon ifrazı zəifləyir və sinirlər hissiyatını itirməyə başlayır. Beyin normal fəaliyyətinə davam edir, insanların biri birinə qarşı emosional asılılığını təmin edən hormonların səviyyəsi isə düşür.

sevgi

Bütün münasibətlər buna məhkumdurmu?

Alimlərin apardığı araşdırmalar göstərmişdir ki, insanlarda biri-birinə qarşı asılılıq yaradan hormonlar oksitosin və vasopressindir. Bu hormonların səviyyəsi insanlar qucaqlaşarkən, öpüşərkən və ya söhbət edərkən qalxır.

Bu səbəbdən də,  münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, dinləməyi, güzəştə getməyi və nəvaziş göstərməyi bacarmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir