Hər şeyə tez əsəbiləşirsən? Kiçik bir söz, bir baxış, ya da gözlənilməz hadisə səni özündən çıxarır?
Bu, xarakter xüsusiyyəti deyil!
Bu, avtomatikləşmiş bir ruh halıdır və gəlin, bunun səbəblərinə nəzər salaq.
1) Daxili gərginlik və stress
Əgər içində çoxlu həll olunmamış problemlər, narahatlıqlar varsa, gərginlik və əsəb qaçılmazdır. Stress və yorğunluq bədənin dözümlülüyünü azaldır və ən kiçik şeylər belə insanı özündən çıxara bilir.
2) Uşaqlıqdan gələn duyğusal proqramlar
Bəzi insanlar uşaqlıqda gördükləri davranışları özlərində proqramlayaraq təkrarlayırlar. Bu, artıq bir davranış formasıdır. Əgər ətrafında tez əsəbiləşən valideynlər olubsa, sən də bu reaksiyanı normal hesab edib qəbul edə bilərsən. Bu, artıq doğru bilinən yanlış davranış formasıdır.
3) Nəzarət ehtiyacı
Bəzi insanlar hər şeyi idarə etmək istəyir. Lakin həyat həmişə gözlədiyimiz kimi getmir. Əgər vəziyyət nəzarətdən çıxdısa, bu, gərginliyə səbəb olur.
4) Emosiyaların bastırılması
Duyğularını uzun müddət içində saxlayan insanlar, müəyyən bir anda oxşar hadisələrlə qarşılaşanda partlaya bilər. Çünki hisslərimizi basdırmaqla, daxildə bir vulkan yaratmış oluruq. Bu da gec-tez püskürəcək.
5) Yorğunluq və yuxusuzluq
Bədənin və beynin kifayət qədər istirahət etmədikdə, yuxu balansı pozulduqda baş verən hər şey, görəcəyin bütün işlər sənə daha çətin və yorucu gələcək. Yxusuz və yorğun insanın səbir səviyyəsi də azalır və insan daha tez əsəbiləşir. Yuxu insan üçün çox vacibdir.
Tez əsəbləşmək münasibətlərin pozulmasına, ətrafındakı insanların uzaqlaşmasına səbəb ola bilər və insanın öz sağlamlığına ciddi zərər vurur.
Yüksək stress səviyyəsi ürək xəstəlikləri, yüksək təzyiq və həzm problemlərinə səbəb olur.
Duyğusal yorğunluq – Hər zaman əsəbiləşmək insanı daxildən tükəndirir və depressiyaya gətirib çıxara bilər.
Tez əsəbləşməyin qarşısını necə almaq olar?
1) Həmin an dərin nəfəs al və gözlə
Əsəbləşəndə dərhal reaksiya vermək əvəzinə, 10-a qədər say və dərin nəfəs al. Bu, beyninə sakitləşmək üçün zaman qazandıracaq.
2) Həyatındakı stressi azalt
Gündəlik həyatda stressi azaltmaq üçün idman, meditasiya və ya sevdiyin məşğuliyyətlərlə məşğul ol. Bu, əsəbləri sakitləşdirmək üçün mükəmməl üsuldur.
3) Özünü düşün və qayğı göstər
Kifayət qədər yat, sağlam qidalan və bədəninə qulluq et. Fiziki yorğunluq, əsəbiliyin əsas səbəblərindən biridir və insanı ciddi dərəcədə tükəndirir.
4) Duyğularını ifadə et
Əsəblərini içində saxlamaq əvəzinə, hisslərini sağlam şəkildə ifadə et. Danışmaq, yazmaq və ya bir mütəxəssislə məsləhətləşmək səni daha rahat hiss etdirə bilər.
Tez əsəbləşmək bəzən xarakter xüsusiyyəti kimi görünə bilər, amma əslində bu, idarə oluna bilən bir vərdişdir. Əsəblərini idarə etmək həyatını və münasibətlərini daha keyfiyyətli edəcək. Hər şeyə dərhal reaksiya vermək əvəzinə, bir anlıq dayan və düşün – bəlkə də əsəbləşməyə ehtiyac yoxdur.
Rahat və hüzurlu həyatın yolu sakit, təmkinli və stres anını səbirlə idarə etməkdən keçir.
Bəs sən necə düşünürsən? Əsəblərini idarə edə bilirsən, yoxsa bu sənin üçün çətindir?
Psixoloq Nuridə Cavadova
(Psixoloq Nuridə Cavadova ilə 051 234 19 00 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)
Həqiqətən də, bəzən həyatın stressləri və yorğunluq insanı tez əsəbləşdirir. Mən də bəzən özümü idarə etməkdə çətinlik çəkirəm, amma meditasiya ilə bu vəziyyəti azaldmağa çalışıram.
Çox vaxt həyatın gərginliyi ilə əsəbləşirəm, amma yazınızda qeyd olunan üsullar və məsləhətlər mənə kömək edəcək. İnsan özünü idarə etməli, əks halda hər şey daha da pisləşir. Hər kəsə oxumağı tövsiyə edirəm
Valideynlərim də mənim uşaqlıqda tez əsəbiləşirdilər və bu, mənim də bu şəkildə reaksiya verməyimə səbəb oldu. Duyğularımı içimdə saxlayıram və bəzən bir anda partlayıram. Mən də artıq bu davranışı dəyişməyə çalışıram, amma çox çətindir. Həyatımda stresin azaldılması mənim üçün vacibdir.
Eseblesmek ele bir movzudur ki her zaman aktualdi muasir dovrde. Tesekkur edirem yaziya gore
Aqressiya dövrümüzdə Maddi mənəvi sıxıntıların səbəb olduğu ən mühüm məsələlərdən biridir. Yaşından,cinsindən,mövqeyindən asılı olmayaraq hərkəsdə aqressiya var.Uğurların davamlı olsun canım mənim. Gözəl qəlblim❤️
Çox gözəl açıqlamalar vermisiz Nuridə xanım,həm də ,faydalı.
Cooox sagolun Nuride xanim gozel meslehetleriniz üçün..Coox yararli olduz tesekkur edirem
Çox düzgün bir mövzuya toxunmusunuz! Uşaqlıqdan gələn davranışların təsirini mən də çox hiss etmişəm. Əsəbləşməyin səbəblərini öyrənmək və buna qarşı tədbirlər görmək çox vacibdir. Sakitləşmə üsulları isə çox praktikdir, özüm də onlardan bəzilərini tətbiq etməyə çalışıram. Təşəkkürlər!
Əsəbləri idarə etmək həyatımıza çox müsbət təsir göstərir. Mən də əvvəllər tez əsəbiləşirdim, amma artıq hər an dərhal reaksiya verməməyə çalışıram. Düşünmək və sakitləşmək insanı daha yaxşı vəziyyətdə saxlayır. Yazıdan çox şey öyrəndim.
Əslində, mən də tez-tez əsəbləşirəm, amma bunun səbəbini çox vaxt anladıqdan sonra daha çox özümü idarə etməyə çalışıram. Stress və yorğunluq əslində çox vacib faktorlardır. Yazınızda göstərdiyiniz üsullar məni çox düşündürdü. Həqiqətən də, həyatımızda nəzarət etmək istədiyimiz şeylər hər zaman bizdən asılı olmur. Sakitləşmək üçün də ən yaxşı yol bəlkə də sadəcə gözləməkdir.
Mənim də yuxusuzluqdan çox problemim var və bununla bağlı həqiqətən də əsəbləşirəm. Gündəlik həyatda stresin qarşısını almaq üçün meditasiya etməyə çalışıram. Bu, çox rahatladır. Əsəbləri idarə etməkdə yazı çox faydalıdır.
Həqiqətən də, bəzən heç bir səbəb olmadan əsəbləşirik, amma yazını oxuduqca bunun stressdən və yorğunluqdan qaynaqlandığını anladım. İnsan bəzən çox şeyə narahat olur və sonunda təbii olaraq gərginləşir. Uşaqlıqdan gələn təsirlər də çox mühümdür. Mənim valideynlərim də tez-tez əsəbləşərdi, buna görə bəzən özümdə də bu vərdişi hiss edirəm. Yazdığınız metodlar çox faydalıdır, onları öz həyatımda tətbiq etməyə başlayacam.
Bəzən həyatın təzyiqi və təkrarlanan stress insanı narahat edir və nəticədə əsəbləşməyimizə səbəb olur. Duyğuları içində saxlamaq məsləhət deyil, insanın bunları ifadə etməsi vacibdir. Mənə görə, ən yaxşı yol bir anlıq dayanmaq və vəziyyəti qiymətləndirməkdir. Çünki əsəbləşmək vəziyyəti daha da pisləşdirə bilər.
Çox yaxşı mövzudur, təkcə mən deyil, ətrafımdakı çox insan tez əsəbləşir. Ancaq, düşünürəm ki, əsəbləşməyin qarşısını almaq üçün insanın həm psixoloji, həm də fiziki sağlamlığına diqqət etməsi vacibdir. Yuxusuzluq çox vacib bir məsələdır. Yuxu almaq insanı təzələyir və daha təmkinli olmağımıza kömək edir. Bu yazı bir çox insana kömək edə bilər, çünki hər kəs stresslə başa çıxmaq üçün fərqli yollar axtarır.
Bəzən həyatın hər anı gərgin olur və insan belə vəziyyətlərdə əsəbləşə bilər. Ancaq unutmaq lazım deyil ki, biz özümüzə nəzarət edə bilərik. Gündəlik idman və meditasiya mənə çox kömək edir. İnsan özünə vaxt ayırmalı və sakitləşməlidir