jaksel

Niyə hələ də bodibilder kimi görsənmirsiniz?

Baxış sayı: 2. 380

Uzun illər məşq və əzələ kütləsinin artmasının müşahidəsi amerika mütəxəssislərinin 4 prinsipdə qərarlaşmasına səbəb olub. Bu prinsipləri hər bir məşq edən və nəticə əldə etmək istəyən mütləq bilməlidir.

№1 – məqsəd
İlk öncə məqsədinizi təyin edin. Əgər tez bir zamanda arıqlamaq lazımdırsa, kardio və mobil məşqlərə üstünlük verin. Triatlonda qalib gəlmək istəyirsiniz – üzün, qaçın və pedalı “sıxın”. Bodibilder olmaq istəyirsiniz – gücünüzü və dözümlüyünüzü trenajorda artırın.

Özünüzə adekvat məşq proqramı seçin. Bu elə proqram olmalıdır ki, siz onun istədiyiniz vaxt, habelə hər gün məşq edə biləsiniz. Bilin ki, həftə sonu olan iki intensiv məşq heç bir nəticə gətirən deyil.

№2 – vaxt və nəticə
Nəticə əldə etmək üçün illərlə məşq etmək lazımdır. İnanmayın ki, ultra məşqlər belə tez bir zamanda sizə kömək edəcək. Daima məşq etməlisiniz, nə qədər çox məşq etsəniz bir o qədər formada qalacaqsınız. Həmçinin belə zədə riskini azaltmış olacaqsınız.

№3- isinmə
Bu hərəkətlər sizin orqanizmi məşq səviyyəsinə gətirir, bununla əzələləri tonusda saxlayır, ağrı və zədələrdən qoruyur. Tənbəllik etməyin.

№4 – intensivlik yox, həcm
Əsas çəki və intensivlik deyil. Əsas olan məşqi düz yerinə yetirməkdir. Çalışın tələsmədən və orta çəkilərlə düzgün məşq edəsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir