novruz bayrami

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Baxış sayı: 1. 466

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyulacaq. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.

Novruz qidalarını yeməyə əks-göstərişi olan insanlar var ki, bayramdan sonra səhhətində ağırlaşmalar yarana bilər. Kimlərə, hansı xəstəliyi olanlara Novruz süfrəsindən uzaq durmaq tövsiyyə olunur?

Terapevt Aqşin Salmanov risk qrupunda olan xəstələrin siyahısını təqdim edib:

“Ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərl diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir. Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır.

Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir.

Qanda şəkərin artması, hiperqlikemiya isə şəkərli diabet xəstələrinin bayramdan sonra üzləşə biləcəyi problemlərdir.

Ödündə daş olan xəstələr də ehtiyatlı olmalıdır.

Novruz bayramından sonra həzm sistemində olan ağırlaşmalar və diabet xəstələrində baş verən problemlərlə bağlı həmişə həkimə müraciətlərdə kəskin artım müşahidə olunur.

Xalqımızın gözəl bayramında sağlamlığınızı da düşünmək vacibdir. Bayrama görə bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmək olmaz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir