novruz bayrami

Novruz gecəsinin adətləri: Duzlu kökə falı

Baxış sayı: 752

Bu gün dünyada bütün xalqlarda qışı yola salmaq, yazı qarşılamaqla, fəsil dəyişiklikləri ilə bağlı müxtəlif mərasimlər keçirilir. Türk xalqları da yazın gəlişini təmtəraqla, bayramla, şənliklə keçirən xalqlardandır.

Azərbaycanda bayram hazırlıqları hələ qışda başlayır. Belə ki, əvvəlcə dekabrın 21-də daxil olub, fevralın 1-nə qədər davam edən Böyük çilənin çıxması çiləçıxdı qeyd edilir. Daha sonra Xıdır Nəbi bayramı keçirilir. Fevralın 20 -də isə, kiçik çillə bitir. Və Boz ay Başlayır. Boz ay 30 gün davam edir. Boz ayın bitməsini də Türk xalqları xüsusi rituallar, şənliklərlə keçirir.

Novruz bayramını Azərbaycanın Milli bayramlarından hesab etmək olar. Yazın gəlişi, yəni Yeni gün Türkiyədə və bir sıra Orta Asiya xalqları tərəfindən Novruz bayramı ilə qarşılanır.

novruz bayrami

Novruz bayramının tarixi ilə bağlı müxtəlif miflər, rəvayətlər mövcuddur. Kiminə görə Novruz İslam aləminin ilk imamı Həzrət Əlinin doğum günü, kiminə görə onun Fatimə xanımla evləndiyi gün, kiminə görə Nuhun yerə ayaq basdığı gün və s. dini əhəmiyyətli günlərlə əlaqələndirilir. Bəziləri isə, Novruzu atəşpərəstlik və zərdüştlüklə də əlaqələndirib.

Qeyd edək ki, Novruz bayramı Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun siyahısına salınıb və “21 Mart Beynəlxalq Novruz günü” olaraq təsdiq edilib. Azərbaycanın Novruz bayram ilə bağlı təkliflərinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Və Novruz beynəlxalq bayram kimi qəbul edilib.

Novruz bayramının miladdan əvvəl başlayan bir tarixi var. Və bu gün də bu bayram xüsusi keçirilir. Müxtəlif şirniyyatlar bişirilir, tonqallar qalanır. İnsanlar ən yaxşı geyimini geyinib, ən yaxşı yeməyi hazırlayıb, süfrələrini bəzəyirlər. Bu günlərdə “Kosa-Kosa” oyunu, kəmənd atma, qurşaq tutma və s. oyunlar oynanılır.

Türkiyədə Nevruz – yəni yeni il başqa adı ilə Ergenekon bayramı adlanır. Martın 21-i ilə 22-ni bağlayan gecə Novruz adlanır. Şərqi Anadoluda inanclara görə, bu gecə edilən bütün dualar, bütün niyyətlər həyata keçər.

novruz

“Uyğur xalq şifahi ədəbiyyatı” adlı əsərə görə, Novruz qədim tarixə malikdir. Qazax, Qırğız, Özbək və Tatar Türkləri tərəfindən qeyd edilir. Novruz bayramının Çin xalqı üzərində də böyük təsirləri var. Əsərə görə, Novruz bayramının qayda və qanunları var. Bu qayda və qanunlar, Azərbaycanda qeyd edilən Novruzun qayda-qanunlarına bənzəyir.

Qısası, Novruz bayramının əsrlərə dayanan tarixi var. UNESCO da bu bayramı beynəlxalq bayram kimi qəbul edib. Amma müşahidələr göstərir ki, digər Türk xalqlarında Novruz Azərbaycanda olduğu kimi qeyd edilmir. Görünür, Türkdilli xalqlar arasında birliyin qorunması üçün elə bu istiqamətdə də maarifləndirmə işləri aparılmalıdır. Qədim tarixə malik ortaq bayramımız qeyd edilərsə, Türk dünyasının kiçik də olsa bir şəkildə birləşməsi deməkdir.

novruz

Novruz bayramının dilək tutulması üçün ən uyğun günlərdən olduğu deyilir. Bu gündə qız-gəlinlər toplanıb, müxtəlif mahnılar oxuyar, niyyət edib fala baxarlar. Novruz gecəsinin ən əhəmiyyətli hesab edilən adətlərindən biri duzlu kökə falıdır. Qızlar bayram axşamı duzlu kökə bişirib yeyər, su içmədən yatarlar. Deyilənə görə, qızın gələcək həyat yoldaşı yuxusunda ona su verərmiş. Günümüzdə bu adətlər artıq adiləşib. Bu ayinlərə əhəmiyyət verib qeyd edənlər az saydadır. Amma sınamağa dəyər.

Novruz bayramınız mübarək!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir