Mərciməkdən hazırlanan şorbanı əksəriyyətimiz sevirik. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizi evdə noxudlu mərcimək şorbasının hazırlanma qaydası ilə tanış edəcəyik.
4–6 nəfər üçün
Lazım olanlar:
1 stəkan qırmızı mərcimək
1 qırmızı soğan
1,5 -2 litr ət suyu
1 stəkan qaynadılmış yaşıl mərcimək
1 stəkan qaynadılmış noxud
1 ovuc nazik vermeşil
Sumax
Duz
Qırmızı bibər
Kərə yağ
Hazırlanması:
Orta boy bir qazanın içərisinə yuyulmuş və süzülmüş qırmızı mərcimək və soyulmuş bütöv soğan qoyulur. Üzərinə ət suyu əlavə edilir və qazanın qapağı yarı aralı olaraq az odda mərciməklər yumşalana qədər bişirilir. İçindən soğan çıxarılır və mətbəx robotu ilə maye halına gələnə qədər qarışdırılır. İçinə əvvəlcədən qaynadılmış yaşıl mərcimək, noxud və vermişel əlavə edilərək, 10 dəqiqə daha bişirilir.
Bir tavanın içində kərə yağı əridilir, içinə sumax və qırmızı bibər əlavə edilib bir az qovurulur. Kasalara isti olaraq çəkilən şorbanın üzərinə hazırlanan yağ əlavə edilərək süfrəyə verilir.
Nuş olsun!