payiz

Noyabrda özünü xoşbəxt hiss etmək üçün 13 səbəb

Baxış sayı: 906
1. PAYIZ TURLARI ÜÇÜN ƏN İDEAL MÖVSÜM

Noyabr rəngarəng payız təbiətindən ən çox zövq ala biləcəyiniz aydır, sadəcə bir həftəsonu şəhər mühitindən uzaqlaşıb, meşələrə və dağlara üz tutun. Hiking və ya da daha passiv istirahət forması seçə bilərsiniz. Belə daxili turlar çox tez-tez təşkil olunur.  İstiqamət olaraq, Quba-Qusar, İsmayıllı-Qaəbələ, Şəki-Qax və Lənkəran-Astara seçmək olar. Əmbil, Qaranohur və Göygöl kimi gölləri payızda görmək lazım.

Dostlarla birlikdə piknik təşkil edin

2. PAYIZ FOTO-SESSİYASI

Rəngli təbiət – ideal fotolar. Romantik əhvallı foto şəkilllər. Bu noyabrı yadda qalan etmək üçün gözəl bir foto-sessiya etmək olar.

 

3. QALIN CORABLAR, RƏNGLİ YUN ŞALLAR, TÖKÜLƏN QALAN SVİTER VƏ TOXUNMA KÖYNƏKLƏR

Öz tərzinizi üzə çıxarın, rahat geyinin, fərqli rənglərə üstünlük verin, çəkinizi gizlədəcək geyimlər çoxdur bu ay, soyuq havada sizi isti saxlayacaq, arzuladığınız rahat geyimləri  geyinmək imkanı var.

 

4. BORANI QUTABI

Bəli, qutab mövsümünü açıq elan etmək olar və noyabrın əsas neməti olan, bol vitaminli, günəş enerjisini özündə daşıyan, narıncı rəngli boranı qutablarına qonaq edin özünüzü.

 

5. BORANI PLOV

Qutabdan danışdıq, amma süfrəmizin bəzəyi olan boranı-plovu yaddan çıxartmayaq.

 

6. “QARA CÜMƏ” ENDİRİMLƏRİ

Woman At Shoe Store

Black Friday adı ilə tanınan bu endirimlər kompaniyası məhz noyabr ayına tuş gəlir. Fürsətləri qaçırtmayın.

 

7. SWEET  NOVEMBER

Sevdiyiniz şəxsi “SWEET Nowember” filmini izləmyə davət edin, həyatın nə qədər qısa olduğunu və hər andan zövq almalı olduğunuzu xatırlayın.

 

8. NAR VƏ YA SİTRUS BAĞLARINA GƏZMƏYƏ GEDİN

Image may contain: plant, fruit, outdoor, food and nature

C vitamini, qırmızı və narıncı rəng axtarışı sizi bu bağlara aparacaq, meyvə yığımında iştirak edin və yerindəcə bu gözəl meyvələrin dadına baxın.

 

9. DOSTLARLA KOFE GÜNLƏRİ TƏŞKİL EDİN

Dostlarınızı tez-tez isti şokolad və ya kofe içməyə dəvət edin, birlikdə söhbət edin, onlarla sevincinizi paylaşın.

 

10. QAPALI MƏKAN TƏDBİRLƏRİNƏ QATILIN, BALET İZLƏYİN

Qiymət: 11 – 16 AZN

Dahi Qara Qareyin və Nizaminin yadigarı, Azərbaycan incəsənətinin ən dəyərli incilərindən biri

Noyabrın 10-da mütləq izləyin, məkan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

 

11. FİLM, SERİYA VƏ FUTBOL GECƏLƏRİ

Rəfiqələrinizi başınıza toplayıb, birlikdə filmlərə, futbola və sizin marağınızı çəkən digər proqramlara baxa, sonra isə onları müzakirə edə bilərsiniz.

 

12. DAHA ÇOX KİTAB OXUMAQ FÜRSƏTİ

Soyuq havaların dostudur kitablar, belə havalarda təkliyə çəkilib kitab oxumaq şəraiti daha tez-tez yaranır.

Bu noyabr üçün kitab tövsiyələrimizi də qaçırtmayın.

 

13. KAMERA İLƏ DOSTLAŞIN

Hər an qarşılaşdığınız gözəl mənzərəni çəkmək keçəcək ürəyinizdən. Foto-turlara çıxın, mənzərələrdən zövq almaq ilə yanaşı onları çap edərək, dekorasiya üçün istifadə edə və ya fərlqi özünüzə məxsus açıqcalar düzəldə bilərsiniz.

 

Payız depressiyasını yenmək üçün bəzi tövsiyələr:

  1. Yuxudan daha tez durun, çünki hava tez qaralır və sizin daha çox günəş enerjisinə ehtiyacınız olacaq.
  2. Bolluca C vitamini qəbul edin, rəngli meyvələrə portağal, nar, heyva, boranı, naringiyə üstünlük verin.
  3. Gecə yuxusuna diqqət edin, yatmadan öncə kofe və çay tükətməyin, payız ən çox yatmaq istədiyimiz və ən çətin oyandığımız bir mövsümdür və uzun saatlar yatmağımıza rəğmən özümü yorğun hiss etməyə davam edirik və bunun qarşısını yaxşı rejimli yuxu ilə almaq mümkündür.
  4. İş masasında və evdə rəngarəngliyə diqqət edin, həyatınıza rəng qatın.
  5. Günəş enerjisinin bol olduğu saatlarda mütləq gəzintiyə çıxın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir