Qadın və Kişi

O kişi sizə uyğun deyilsə… – Qadınlar bunları bilməlidir

Baxış sayı: 1. 283

İlk baxışdan aşiq olmaq… İlk söhbət… İlk görüş… Münasibətlərin əvvəlində bunlar hamısı cazibədar və gözəl görünür. Lakin bəzi şeyləri uzun müddət davam etdirmək olmur. Münasibətlər davam etdikcə, dərinləşdikcə ortaya başqa məqamlar da çıxır. Kişi və qadın – iki fərqli dünyagörüşü, psixologiya, həyat tərzi, düşüncəyə malik olan insanın birlikdəliyində də bəzən ortaq olmayan, üst-üstə düşməyən məqamlar olur. Münasibətlərin uzun müddət davam etməsinin bəzən qadından, bəzən də kişidən asılı olduğunu deyirlər. Sözsüz ki, bu, hər iki tərəfdən asılıdır. Lakin qadınlar xüsusilə diqqətli olmalıdırlar. Qadınların münasibət  əsnasında unutmaması lazım olan bir sıra həqiqətlər var.

– Unutmayın ki, ilk altı ayın başgicəlləndirici xoşbəxtliyi mütləq sona çatacaq və münasibətlərdə cansıxıcı anlar, bəzi problem və çətinliklər də yaşanacaq. Buna görə ruhdan düşməyin. Çünki tək başına yaşlanmaq, həyatını tək keçirmək də ürəkaçan, həyəcanverici deyil.

– Uşaqlığınızda olan problemlər və onların fəsadlarının günahını tərəf müqabilinizdə axtarmayın, onun bunları həll etməsini gözləməyin. Bunlar sizin məsuliyyətinizdir. Eyni şey onun üçün də keçərlidir. Sadəcə bir-birinizə qarşı anlayışlı davranmanız kifayətdir.

– Uzun müddətli əlaqələrin bəzi üstünlükləri var: rahatlıq, dəstək, güvən duyğusu. Amma bunları davam etdirmək göründüyü qədər asan deyil.

– Günün birində münasibətlərinizdən imtina etmək məcburiyyətində qala bilərsiniz. Övladlar bu vəziyyəti daha da çətinləşdirir.

– Münasibətlərinizin möhkəm və dayanıqlı olduğunu düşünsəniz də, aldadılmayacağınıza dair heç kim sizə zəmanət verə bilməz.

– Maddi çətinliklər və stress də sizə problemlər yaşada bilər.

– Münasibətlərin həqiqətən çətin dövrü toydan sonra başlayır.

– Sevgi hər zaman kifayət etmir.

– Məhəbbətə baxmayaraq, bəzən imtina etmək ən doğru seçim ola bilər.

– Hər qadına uyğun bir kişi mütləq var. Ailə qurmaq və başınızın uşaqlarınıza qarışma zamanı gəlib, lakin siz hələ də birini tapa bilməmisinizsə, deməli, problem sizdə ola bilər.

Aile.lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir