makiyaj

Ofis üçün hansı makiyaj etmək olar və ya makiyaj edərkən hansı səhvləri edirik?

Baxış sayı: 1. 504

Araşdırmalara görə, makiyaj edən qadınlar makiyaj etməyən qadınlara nisbətdə daha az qazanırlar. Bu da faktdır ki, əksəriyyət işə və ya iş görüşməsinə “toy” makiyajında gedir. Çox güman ki, düşünürlər ki, belə makiyaj diqqət cəlb edər və “uğurlu karyera”ya ilk addımlarını ataralar. Xeyr! Yerində makiyaj uğurun açarıdır. Elə isə gəlin ofis üçün hansı makiyaj etmək olar və makiyaj edərkən hansı səhvləri edirik, birlikdə bilək.

1. Düzgün işıqda edilməyən makiyaj – əgər səhər işə gecikirsinizsə və makiyajınızı ofisdə edəcəksinizsə, o zaman düzgün işığı tapmalısınız. Florans işıq olan ofislərdə makiyaj etmək çətindir. Ona görə də, makiyajınızı etmək üçün ən yaxşı yer yaxşı işıq düşən pəncərə önüdür.

2. Həddən artıq metallik məhsul istifadə etmək – işıqlandırma mövzusu bu hissədə də vacib olduğundan çalışın metallik makiyaj məhsullarından uzaq durasınız. Əks halda üzünüz diskoteka şarına oxşayacaq.

3. Dodaq boyasının gücünü istifadə etməmək – Diqqətləri üzərinizə çəkmək üçün pomidor qırmızısında dodaq boyasından istifadə etmək heç də gözəl görüntü deyil. Əksinə daha mat, nude çalarlarda dodaq boyası sizi şıq göstərə bilər.

4. Həddən artıq tonal krem istifadə etmək – Dərin rəngini tamamilə yox edib “zebra” kimi görünmək də estetik deyil. Ona görə də yüngül tonal vasitə ya da örtücü istifadə etmək daha yaxşıdır.

5. Özünüzü tez-tez yoxlamaq – İş masasında sadəcə işləmək lazımdır. Dəqiqə başı güzgüyə makiyajınızı yenilmək üçün baxmaq sizin işləməyinizə mane olar.

6. Qaşları doldurmağı unutmaq – Qaşlar ümumiyyətlə üzdə çox vacib nüansdır. Ona görə də makiyaj edərkən mütləq qaşları səliqəyə salmaq, doldurub canlı göstərmək vacibdir.

7. Parlaq dodaq boyası çəkmək – Parlaq dodaq boyası gənc göstərsə də ofis üçün heç də düzgün seçim deyil.

8. Gözəçarpan konturlama – Sərt görünüşdən uzaq durmaq üçün daha yüngül konturlama texnikasından istifadə edin.

9. Ənlikdən çox istifadə etmək – Ənlikdən çox istifadə edib “boyanmış yumurta” təsiri bağışlamaq sizi ofisdə pis vəziyyətdə qoya bilər. Odur ki, florasan işıqları olan bir ofisdə işləyirsinizsə, azca ənlik sizə kifayət edər.

10. Bütün makiyajınızı iş masasında etmək olmaz – Səhər tez oyanıb makiyajınızın çətin hissəsini evdə etsəniz və ofisdə də sadəcə dodaq boyasını çəksəniz həm vaxt qazanmış olarsınız, həm də iş yoldaşlarınıza qeyri-etik görünmərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir