Ofis işində çalışanların işlərinə görə ən çox üzləşdikləri və tutulduqları xəstəlikləri hər zaman diqqət mərkəzində olan sağlamlıq məsələlərindəndir.
Bu mövzuda danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, oturaq və qapalı məkanda işləmək səbəbindən bu şəraitdə işləyən insanlrda ümumi oksigen aclığı, əzələ, bağlar, oynaqlarda problemlər, ayaq və əllərdə uyuşma, boyun protruziyası, varikoz, karpat tunel sindromu daha çox rast gəlinir.
“Yaşlandıqca əl barmaqları çox adamda dəyişir. Lakin ofis işçilərində bu əl barmaqlarının daha çox istifadəsi nəticəsində tezləşir. Əllərə, barmaqlara yük çox olduğu üçün oynaq qığırdaqları, bağlar deformasiyaya uğrayır.
Eləcə də kompüterdə işləməkdən biləkdə karpal tunel sindromu, oynaqda iltihab yaranır. Belə işçilərə fasilə, istirahət, iltihab əleyhinə dərmanlar, masaj lazımdır.
Həmçinin çox oturmaqdan oturaq sinir iltihabı olur. Onlarda beldə, büzdümdə, budda ağrılar yaranır”.