OFIS

Ofislərdə ən çox virus toplanan yerlər və təmizləmə QAYDALARI

Baxış sayı: 804

Pandemiya dövründə qapalı mühitlərdə, ofis şəraitində çalışanlar da çoxdur. Qapalı, ofis rejimində çalışanlar özlərini necə qorumalıdırlar? Ofislərin, iş yerlərinin koronavirusdan qorunması üçün nələr vacibdir?

Hər şeydən əvvəl əl gigiyenasına düzgün şəkildə əməl olunmalıdır. Əlləri tez-tez sabunla ən azı 20 saniyə ərzində yumaq, sabun və su olmadıqda, alkoqol əsaslı antiseptiklərlə əlləri ovuşdurmaq lazımdır. Bildirilir ki, iş yerlərinin ayaqyollarında sabunla yanaşı antiseptik məhlullar da olmalıdır. Ehtiyac olanda antiseptiklərdən də istifadə edilməlidir.

Ofislərdə ən çox tez-tez toxunulan səthləri- qapı tutacaqları, telefonlar, masa səthləri, planşetlər, mobil telefonlar, kompüterlər, klaviaturalar, digər avadanlıqların təmizlənməsinə diqqət yetirilməlidir. Hər zaman istifadə olunan təmizlik vasitələri ilə kifayətlənmək olmaz. İndiki halda suya dezinfeksiyaedici kimyəvi məhlul qatmaq və nəm əski ilə səthləri silmək vacibdir. Eyni zamanda vurğulanır ki, xlor birləşmələri bəzi səthlərdə korroziya yarada bilər. Kompterlər, onun hissələri və telefonlar spirtlə dezinfeksiya olunmalıdır. Belə səthləri silmək üşün xlor birləşmələn uyğun sayılmır.

Təmizləmə işləri ilə məşğul olan işçilərinin nəzərinə çatdırılır ki, onlar mütləq maskalar və əlcəklərdən istifadə etməli, sonra maska və əlcəyi zibil qutusuna atmalı və mütləq əlllərini yumalıdırlar. Birdəfəlik deyil, yuyula bilən maskalardan istifadə edilərsə belə, işləri bitirdikdən sonra onları dəyişmək vacibdir. Sabun və su olmadıqda əllərin alkoqol əsaslı antiseptiklə təmizlənməsi vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir