ilg

Oğlan uşaqları anaların ölüm riskini artırır…

Baxış sayı: 1. 574
Oğullar analarına daha çox əziyyət verirlər. Son araşdırmanın nəticələrinə görə, əgər qadın çalışır və oğul övladı böyüdürsə o avtomatik olaraq ürək xəstəlikləri riski yüksək olan qrupa düşür. Bunu 10 minlərlə qadın üzərində aparılan 8 illik araşdırmalar üzə çıxarıb.
Araşdırmada iştirak edən qadınların 60 faizinin minimum 1 övladı olub. Onların işi özü-özlüyündə təhlükəli olmayıb. Məsələ ancaq oğlanlardadır.
Riskin nə üçün artmasının səbəbləri isə hələ açıqlanmayıb. Ola bilər ki, oğul övladlar analarına ev işlərində daha az kömək edir. Bu isə qadın üçün əlavə yükdür. Bundan başqa oğlan uşaqları daha tez-tez qalmaqallı hadisələrin mərkəzində olur və analarını həyəcanlandırırlar.
Ən az iki oğlu olan və işləyən ana ürək xəstəlikləri ilə uşaqsızlara nisbətən iki dəfə daha çox qarşılaşır.
Qızların olması isə ana səhhətinə mənfi təsir etmir. İtaliyanın Turin Universitetinin əməkdaşlarının fikrincə, qızlar analarına böyük kömək göstərir, daha gec-gec onları həyəcanlandırılar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir