komputer

Oğlan uşaqlarını zorakılığa sövq edən nədir?

Baxış sayı: 1. 372

Sirr deyil ki, zəmanə uşaqlarının diqqətini nə Sovet dövründə çəkilən “Nu poqodi”, nə də Uolt Disneyin istehsal etdiyi cizgi filmləri cəlb edir. Zəmanə uşaqları virtual oyunlara daha çox maraq göstərirlər. Kompüterdə maşın yarışları, supermen, döyüş və hərbi oyunlar oynamaq uşaqların sevimli məşğuliyyətinə çevrilib. Halbuki bu oyunlar zorakılığı uşağın beyninə yeridir.

Hətta 4-5 yaşından uşaqların kompüter arxasında oyun oynamasının şahidi oluruq. Belə oyunların uşaqların psixikasına zərərli təsiri şübhəsizdir. Arqessiyanı, zorakılığı təbliğ edən oyunlar uşağı özündən kiçik uşaqlara qarşı zorakılığa sövq edir. Hərbi, savaş oyunları uşaqların psixologiyasını pozur. Belə oyunlarda tərbiyəvi təsirlər yoxdur, əksinə uşaqlarda mənfi emosiyaları artır.

komputer_oyunlari

Oğlanlarda zorakılığı təkcə kompüter oyunları deyil, həm də oyuncaqlar artır. Qızlar həmişə olduğu kimi bəzəkli-düzəkli gəlinciklərə maraq göstərdiyi halda oğlanlar yenə də oyuncaq tanklara, tapanca və silahlara meyillənirlər. Döyüşü, savaşı və hərbi texnikanın təbliğini aparan oyuncaqların çeşidi isə çoxdur. Bu isə oğlan uşaqlarını zorakılığa daha çox sövq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir