Fazile_Camalova-removebg-preview (1)

OKP nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 730

İnsanın iradəsinə və istəyinə zidd gələn ,insanda sıxıntı yaradan , zehnindən uzaqlaşdırılması mümkün olmayan , təkrarlanan fikirlərdir. İnsan bu fikirləri beynindən çıxartmaq üçün müxtəlif qeyri-ixtiyari təkrarlanan hərəkətlər edə bilir ki ,buna da məcburiyyət deyilir. Xalq arasında “Obsessiya” xəstəliyi kimi tanınır. OKP təkrarlanan obsessyaların və kompulsiyaların birlikdə meydana gəldiyi və ciddi narahatlığa səbəb olduğu psixi bir xəstəlikdir.

Obsessiya- güclü təşviş yaradan, arzuolunmaz fikirlər, meyllər və obrazlardır. Onlar ya birdən-birə, ya da hansısa bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilir.

Kompulsiya- qeyri-adi fövqaltəbii, onu qorxudan hadisənin, sarışan fikirlərin qarşısını almaq və ya həyəcan və gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi retuallardır.

Erkən uşaqlıq dövründə bir çox hərəkətlərin təkrarlanması təbii sayıla bilər. Bu inkişaf və öyrənmə tələbi hesab olunur. Məsələn: 2-3 yaşlı uşaq öz oyuncağı ilə təkrar-təkrar eyni şəkildə oynaya bilər. O kubları üst-üstə qoyur məhv edir və yenidən yerləşdirməyə çalışır. Bəzi sözləri bir neçə dəfə təkrarlaya bilər. Bunlar vəsvəsə və ya məcburiyyət sayılmır. OKP ümumiyyətlə böyüklər xəstəliyi kimi tanındığından uşaqlarda görünmədiyinə dair yanlış fikir var. Uşaqlıq dövründə laqeydlik, diqqətsizlik və ya uşağın simptomları gizlətmək meyli səbəbindən diqqətdən kənarda qala bilər. Demək olar ki, OKP uşaqlıqdan və yeniyetməlikdən alınan travmanın qalıcı nəticəsidir.

Hər 100 nəfərdən 4-də görünən bu xəstəlik əvvələr nadir xəstəlik kimi qələmə verilsə də, son tədqiqatlar bunun çox olduğunu göstərir. OKP diaqnozu qoyulmuş çoxlu sayda insanda 5-15 yaşından başlandığı bilinir.

Xəstəliyin əsas xüsusiyyəti şüurda dəvamlı düşüncələr və fikirləri aradan qaldırmaq üçün təkrarlanan hərəkətlərdir. Uşaq və ya gənc çox mənasız, axmaq, absurd və ona yad olan bu fikirləri beynindən xaric edə bilmir. Dəfələrlə gələn bu narahatedici fikirlər uşaqda güclü narahatlıq yaradır. Məsələn: uşağın ağlına anasının xəstələnib öləcəyi və ya atasını ölməyini istəməyi kimi pis və narahatedici fikirlər gəlir. Beynindən çıxara bilmədiyi bu fikirlər uşaqda dözülməz sıxıntı yaradır.

Dindar ailədə yaşayan uşaq Allaha dönə-dönə pis sözlər deyə bilir. Hər dəfə sıxıntı yaşayan uşaq Tövbə-Tövbə və ya dua oxuyaraq bu fikirləri özündən uzaqlaşdırmağa çalışır. Fikirlər təkrarlandıqca duasını təkrar edir və sonda uşaq fikirlərinin əsiri olur. Namaz qılmaqdan və tövbə etməkdə özünü saxlaya bilmir.

 

OKP-nin əlamatləri nələrdir?

Bu xəstəliyin əlamətləri müxtəlif fərqliliklər göstərir bu fərqliliklər yaşa görə, dini baxışlara görə və mədəniyyətə görə dəyişir. Məsələn bir toplum üçün obsessiya sayılan düşüncə başqa digər toplumda obsessiya olmaya bilər. Ən tez-tez rastlaşdığımız obsessiya bunlardır:

Çirklənmə qorxusu

Nizamlı, simmetrik olmaq

Özlərinə və yaxınlarına zərər vermə qorxusu

Başqalarının toxunduğu əşyalara toxuna bilməmək

Əl sıxmaqdan narahat olmaq

Şübhə obsessiyası

Dini məzmunlu obsessiyalar

Sayma obsessiyası

Hərşeyi yoxlama obsessiyası

Cinsi məzmunu obsessiyalar və s..

Çirklənmə obsessiyası- Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyi, müxtəlif  kimyavi maddələrə toxunduğunu düşünür (sabun,yuyucu toz,sidik,nəcis və s.).Onlar bu düşüncələrə saatlarla əllərini yuyur, Hamamdan gec çıxır, ətrəfı spirt və dzinfeksiya edici maddələrlə təmizləyir və paltarlarını tez-tez dəyişir.

Simmetrik, sayma və toxunma obsessiyası Bu vəziyyətdə şəxsdə müxtəlif əşyaları, cisimləri bir-birinə paralel qoymağa, müəyyən sayda toxunmağa, müxtəlif rəqəmləri tək və ya cüt saya yuvarlaqlaşdırmağa çalışırlar. Və bir çox insan düşünür ki, əyər bunu etməsəm doğmalarımın başına pis bir hadisə gələ bilər.

 Dini məzmunlu obsessiyalar- Xüsusən dini ibadətlərlə məşğul olan insanlarda dini görüşlərinin etiqadların əksinə olaraq istəmədən Allahı inkar edir, ağlına müqəddəs insanlara qarşı söyüş məzmunlu fikirlər gəlir.

 

OKP niyə yaranır?

Səbəbi tam öyrənilməsə də, xəstəliyin yaranmasında əsas səbəb biyoloji olaraq beyində sinirlər arasında implusların ötürülməsini təmin edən maddələrdən biri serotonin maddəsinin miqdarının azalmasıdır. Uşaqlaıq dövrü travmalarının yaranması ilə bərabər öz fərdi problemlərinin yaranmasına təsir edir. Beynin müəyyən bölmələrində OKP vəziyyətdə həddindən artıq  fəliyyət var. Xəstə OKP simptomlarını yaşadıqda isə beyin daha aktiv olur. OKP olan bəzi insanlar ətraf-mühitin faktorlarından təsirlənir. Bəzi ətraf-mühit faktorları və insanın yaşadığı ciddi həyat tərzi simptomlarımn dəyişməsinə səbəb olan amillərdir.

Xəstəlik

İstismar

İş və ya məktəblə bağlı problemlər və dəyişiklər

Münasibətlərdə təşvişlər

Diaqnastik üsullar OKP üçün laboratoriya şəraitində həyata keçirilə biləcək heç bir test yoxdur. Diaqnoz xəstənin simptomlarına və xəstənin ümumi davranışına əsaslanaraq mütəxəssis tərəfindən təyin edilə bilər. Mütəxəssis tərəfindən aparılan psixoloji qiymətləndirmə zamanı düşüncələr, hisslər, simptomlar və davranış nümunələri araştırılır. OKP diaqnozu bəzən çətindir, çünki simptomlar obsessiv-komplusiv şəxsiyyət pozuntusu. Təşviş pozunusu, depressiia şizofreniya və ya digər pssixi sağlamlığın pozuntularına oxşar ola bilər.

İnsanlarda həm OKP həm də dugər psixi pozuntular ola bilər. Bu səbəbdən xəstəni qiymətləndirən mütəxəssis bötün amilləri nəzərə almalıdır.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




9 şərh “OKP nədir? – MÜTƏXƏSSİS YAZIR

  1. Sedaqet

    Mütəxəssisin məqaləsi OKP (Obsessiv-Komplusiv Pozuntu) barədə çox dərin və geniş bir analiz təqdim edir. Məqalədə OKP-nin simptomları, diaqnostik kriteriyaları və müalicə üsulları ətraflı şəkildə izah olunur. Bu, sahəyə yeni girənlər üçün aydınlıq gətirir və mütəxəssislər üçün dəyərli bir resursdur.

    Cavabla
  2. Reyhanə Vüsal

    Bu xanımın yazılarını çoxdan izləyirəm. Fazilə Camalovanın yazı stili çox aydındır və kompleks psixoloji konseptləri anlaşılan bir dildə təqdim edir. Məqalə həm akademik mühitdə, həm də geniş oxucu kütləsi üçün əlçatan olacaq şəkildə yazılmışdır. Bu, OKP-nin mürəkkəb təbiətini daha yaxşı başa düşmək istəyənlər üçün böyük bir üstünlükdür.

    Cavabla
  3. Yasəmən

    “Bu məqalə OKP mövzusunu çox yaxşı bir şəkildə təsvir edir. Qələm sahibi, kompleks anlayışları sadə və aydın bir şəkildə təqdim edir, bu da məqaləni həm tədris, həm də praktiki baxımdan çox faydalı edir. Qabaqcıl yanaşma üçün təşəkkürlər!”

    Cavabla
    1. PSİXOLOQ Fazilə CAMALOVA FAZİLƏ

      Dəyərli oxucu, maarifləndirmə məqsədli yazdığım yazını oxuyub qiymətləndirdiyiniz və şərh yazdığınız üşün sizə təşəkkür edirəm

      Cavabla
  4. Mehri Nuri

    Salam Fazilə xanım, çox gözəl deyirsiz. Dəyərli xanım nə yaxşı ki varsız, biz valideynlərə, cəmiyyətə örnəksiz, maarifləndirici işlər görürsüz. Buda mənə elə gəlirki, insanları çox sevirsiz, Allaha şükrünüz var.

    Cavabla
    1. PSİXOLOQ Fazilə CAMALOVA FAZİLƏ

      Dəyərli oxucu, maarifləndirmə məqsədli yazdığım yazını oxuyub qiymətləndirdiyiniz və şərh yazdığınız üşün sizə təşəkkür edirəm!

      Cavabla
  5. Fidan

    Həqiqətən öz işini bilən xanım dii 1gun yanibda oldum Cox fərqlilik yarandı mənde Cox sağolnnn. Sizi Cox istəyirəm,💜🪻

    Cavabla
  6. Fidan

    Həqiqətən öz işini bilən xanım dii 1gun yanibda oldum Cox fərqlilik yarandı mənde Cox sağolnnn. Sizi Cox istəyirəm,💜🪻 yaxşı ki varsiz

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir