Keçmiş Venesuela gözəli və aktrisa Monica Spir ilə həyat yoldaşı avtomobilində öldürülüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da yaşayan 29 yaşlı Monica Spir, 49 yaşlı həyat yoldaşı Tomas Berri və 5 yaşlı qızları ilə birlikdə tətil üçün Venesuelaya gəlibmiş. Onlar ötən gecə Puerto Cabello yaxınlarında avtomobillərini soymağa çalışan şəxslər tərəfindən öldürülüb. Cütlüyün yaralı olan qızları isə hazırda müalicə olunur.
2004-cü ildə Venesuela gözəli seçilən Spir bir çox seriallarla yanaşı, “Aşk- ı memnu”nun latın versiyası olan “Pasion Prohibi”da ( Yasak ehtiras) rol alıb.