sidik

Ölməmək üçün etdiyimiz, amma bizi ölümə aparan vərdişlər

Baxış sayı: 1. 736

Həyatda qalmaq insan instinktinin bəlkə də ən qüvvətlisidir. Yaşamaq üçün mübarizə aparırıq və həyatımızın təhlükədə olduğu anlar şüur altında olan cürbəcür məlumatların bizə kömək edəcəyini düşünürük. Bu məlumatlar və o informasiyaların sonunda ölməmək üçün atdığımız addımlar bizi həyatda saxlamağa müvəffəq olurmu?

 

Ayı hücum etdiyi anda ölü təqlidi etmək

Ayı hücum etdiyində tərpənməyin, ölüymüş kimi davranın. Bu maraqlı məlumatı hər kəs bilir. Hətta Tolstoyun buna aid hekayəsi belə var. Lakin bu, doğru deyil. Belə ki, ayıyla qarşılaşsanız, bu vəziyyətdə etməniz lazım olan ayını qıcıqlandırmadan geriyə doğru yavaşca getməkdir.

 

İlan sancanda həmin yeri sümürərək zəhəri çıxarmaq

Bu, bir çoxları tərəfindən bilinən lakin, çox səhv olan bir bilgidir. Çünki, ilan sancma anında zəhərini də verirsə, bu zəhər həmin saniyədən qan dövranında dolaşmağa başlayır. İnsanın əslində zəhəri çıxardığını düşünərək həmin yeri sümürməsi yaraya bakteriyanın çatmasına səbəb olur və hətta özünə təhlükə yaradır. Bu, eyni zamanda zəhərin boğazınıza getməsinə səbəb ola bilər.

Zəhərli sancmadan sonra edilən ən doğru şeylər dişlənilən adamı təcili xəstəxanaya çatdırmaq və bu əsnada da adamı sakitləşdirməyə çalışmaq, habelə dişlənilən yeri ürək səviyyəsindən aşağıda tutmaqdır.

 

Bədəninizə kəsici alət girdikdə həmin an çıxarmalısınız

Bu da tamamilə səhv məlumatdır. Əgər bir əşya bədəninizə giribsə, bu hər hansı bir damara düşə bilər. O an həmin əşyanı bədəninizdən çıxarsanız bu qan itkisindən ölümə səbəb ola bilər.

 

Səhrada susuz qalsanız, kaktusların suyunu içə bilərsiniz

Bizim su hesab etdiyimiz əslində kaktusun nektarıdır. O, zəhərli maddə olduğundan bu, insanın ishal olub su itkisindən ölümünə səbəb olar.

 

Həddindən artıq soyuqda qalmış biri isti su dolu vanna qəbul etməlidir

Əgər belə biri isti su ilə dolu vanna qəbul edərsə, bu insanda şok təsiri yaradar və onun ölümünə yol açar. Belə bir situasiyada həmin insana ilıq su torbaları qoymaq və ədyala bükmək lazımdır.

 

Susuz qalsanız öz sidiyinizi içə bilərsiniz

Buna tamamilə səhv ya da doğru deməkdən çox, detalları bilmək əhəmiyyətlidir.

Ancaq sidik içərək həyatda qalmaq demək olar ki, qeyri-mümkündür. Çünki sidik onsuz da bədəndən atmaq istədiyimiz toksin və tullantı maddələrdən ibarətdir və bunları təkrar bədənə almaq zərərlidir.

Lakin çox çətin vəziyyətdə olanda və başqa maye tapa bilmirsinizsə, o zaman içmək olar. Lakin bunu ikinci dəfə təkrarlamaq olmaz. Bu, sizi zəhərləyib, öldürə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir