usaq

“Ölüb təkrar dirildim…”

Baxış sayı: 1. 416
Amerikada yaşayan 5 yaşlı uşağın söylədikləri hər kəs şoka salıb. Luke adlı balaca qeyri-adi iddialar ortaya atsa da, hər kəsi buna inandıra bilib. Belə ki, ailəsi uşaqlığından bəri alovdan və yüksəklikdən qorxan Lukenin bu qorxunu zaman keçdikcə beynindən atacağını düşünürmüş. Lakin Luke dili açıldığı zaman bu qorxuların səbəbini izah etməyə başlayıb. O, ilk dəfə anasına söhbət edib: “Mən əslində Pam adlı qadın idim. Qara saçlarım var idi və sırğa taxırdım. İllər əvvəl bir yanğında binadan hoppandığım üçün öldüm. Cənnətə getdim, Allahı gördüm və yenidən bu dünyaya qayıtdım. Oyandığım zaman uşaq idim və siz mənə Luke adını qoydunuz”.
Lunekin sözləri anasını qorxuya salsa da, Erika Ruehlman  adlı qadın onun dediklərini araşdırmağa başlayıb. Məlum olub ki, 1993-cü ildə Çikaqodakı Paxton adlı hotedə Pamela Robinson adlı bir qadın həyatını itirib. Hoteldə yanğın baş verdiyi üçün qadın yüksəklikdən özünü aşağı atıb və həyatını itirib. Uşağın dedikləri ölülərin dirilməsi haqda deyilənlərin bir daha alovlanmasına səbəb olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir