mezar

Ölülərin toyu – Ən qorxulu və qeyri-adi adət ənənələr

Baxış sayı: 638

Düşünə bilərsiniz ki, müasir dünyamızda yalnız sivilizasiyadan uzaq qəbilələrdə bizə vəhşi və sarsıdıcı görünən müxtəlif adət-ənənələr qədimdən qorunub saxlanılıb. Ancaq hətta müasir inkişaf etmiş ölkələrdə belə bəzən digər ölkələrin sakinlərini şoka salan rituallar mövcuddur.

Qədim dövrlərdən bəri çinlilər bir insanın yalnız evlilikdə xoşbəxt ola biləcəyinə, subayların isə natamam olduğuna inanırlar. Buna görə də hər kəs həyatda ikən özünə həyat yoldaşı tapmağa çalışır. Axı, Çin dininə əsasən insan öldükdən sonra axirətdə daha əvvəl ölmüş qohumları və dostları ilə görüşür. Orada həyat yer üzündə saleh olanlar üçün yaxşıdır, orada boşanmalar yoxdur və əgər həyat yoldaşları sağlığında xoşbəxt bir evlilik yaşayıblarsa, ölümdən sonra əbədi olaraq bir yerdə olacaqlar. Lakin subay ölənlər axirətdə heç vaxt özlərinə həyat yoldaşı tapa bilməyəcək. Belə hallarda mərhumun sağ olan qohumları onu digər subay mərhum ilə evləndirirlər. Sonrasında isə onların məzarları birləşdirilir və bu evlilik rəsmi hesab edilir.

qebir

Əsrlər keçdikcə Minhun ənənəsi daha nadir hala çevrildi və kommunizm zamanı demək olar ki, tamamilə yox oldu. Kommunistlər axirət toylarını qədimliyin vəhşiliyi hesab edirdilər və bunun kökünü kəsməyə cəhd edirdilər. Böyük yaşayış məntəqələrində bunu bacarsalar da, kiçik yaşayış məntəqələrində istəklərinə nail ola bilmədilər.

Günümüzdə Minhun Çində yenidən yayılır. Bu yaxınlarda Şansidə dünyasını dəyişmiş qızın cəsədini ikinci dəfə satmaq üçün onun qəbrini qazmağa çalışan bir qrup şəxs yaxalanıb. Yangquanda bir qadın yeniyetmə qızın cəsədini ölü qardaşı ilə evləndirmək üçün yerli meyitxanadan almağa çalışıb. O, bu hərəkətini onunla izah edib ki, qardaşının ruhu israrla onun yuxularına girir və ona gənc arvad tapmasını tələb edir. Axirət toyları ailənin maddi durumundan asılı olaraq fərqli keçirilir. Bəzi ailələr çalğı muşaiti ilə şənlik təşkil edir. Şənliyin əvvəlində toy, sonuna yaxın isə yas musiqisi səsləndirilir.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir