oyuncaq

Ölüm saçan uşaq oyuncaqları

Baxış sayı: 1. 286

Hazırda mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır. Bu hal təbii olsa da, məsələyə alıcı və satıcıların, eləcə də mütəxəssislərin yanaşması fərqlidir.

 

Məsələn, valideyn Nuranə Məmmədova deyir ki,  qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. Tutaq ki, bir oyuncaq alıram, amma keyfiyyətli alıram”.

 

Satıcı Teyyubə Nadirova isə qızlar üçün daha çox “Barbie” gəlincikləri, oğlanlar üçün maşınlar alındığını bildirir.Onun sözlərinə görə, keyfiyyətə də önəm verənlər olur, qiymətə də.

oyuncaq

Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər. Elə pediatr Şəlalə Həmidova da oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlərin olduğunu deyir. Valideynlərə  məsləhət də verən mütəxəssis aşağıdakıları dedi: “Keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”.

 

Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

Psixoloqlar hesab edir ki, təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır.

Oyuncaqlar təkcə uşaqların əylənməsi və vaxt keçirməsi üçün vasitə sayılmır. Oynanan oyunlar və oyuncaqlar azyaşlıların gələcək inkişafına təsir edir, onları fərd kimi formalaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir