koronavirus

Omicron ştamının uşaqlar üçün TƏHLÜKƏSİ

Baxış sayı: 639

“Omicron ştamı tənəffüs yollarının xüsusiyyətlərinə görə uşaqlar üçün daha təhlükəli ola bilər”.

Bu barədə İANS portalı Hindistanın Yeni Dehli Tibb İnstitutunun həkimi Animeş Aryaya istinadən xəbər dərc edib.

Hindistanlı mütəxəssisin sözlərinə görə, uşaqların böyüklərdən daha kiçik tənəffüs yolları var və bu yeni variant əsasən yoluxmuş xəstələrdə yuxarı tənəffüs yollarına təsir göstərir.

Həkim Omicronun simptomlarından da danışıb. Animeş Arya əlavə edib ki, bu ştamın simptomları arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq da müşahidə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir