Ömrü uzadan dərman tapıldı

Baxış sayı: 1. 549

ABŞ və İsveç alimləri şəkərli diabetə qarşı dərman hazırlayarkən qocalmanı gecikdirən vasitə tapıblar. ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfindən bu dərmanın insanların üzərində tətbiq edilməsinə icazə verilib.

Dərmanın tərkibi qocalmanı gecikdirən metformin maddəsindən ibarətdir. Bu maddə hüceyrələrin daha çox oksigen qəbul etməsinə şərait yaradır. Bunun sayəsində hüceyrələr uzun müddət “gənc” qalır.

Heyvanlar üzərində sınaqdan keçirilən bu maddənin ömrü 40% uzatdığı bildirilib. Əgər maddənin tətbiqi uğurlu alınsa, insanlar 70 yaşında 50 yaşındakı kimi görünəcək, 110, hətta 120 il yaşamaq mümkün olacaq.

Insanların üzərində aparılan sınaqların tamamlanması və dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir