Bir zamanlar kök insanları ələ salırdılar, təhqir edirdilər və hətta cəmiyyət qarşısına çıxarıb qınayrdılar. Dolu xanımların dəbə mindiyi zamanlarda həmin ələsalmalar keçsə də həmin zaman çox uzun çəkməmişdi. Yenidən arıqlıq dəbdədir.
Zamanımızda qızlar o qədər arıqlamağa çalışırlar ki, hətta bəzən bütün orqanizmi qurudurlar. Müxtəlif pəhrizlər, məşqlər, cərrahi müdaxilələr qadınların ən çox əl atdığı üsullardır.
Artıq çəkilərdən xilas olmaq arzusunda olan qadınlar tərkibində karbohidratların bol olduğu qidalardan imtina etməyə çalışırlar. Onların tamamilə zərərli olduğu deyilir.
Alimlər isə belə addımlardan çəkinməyi məsləhət görürlər. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Harvard Universitetinin alimləri kötük hüceyrələri üzərində araşdırma aparıblar. Məlum olub ki, karbohidratlardan imtina ürək-damar sistemi xəstəlikləri riskini artırır.
Tədqiqatın nəticələri göstərib ki, yalnız hətta yağ və zülallarla zəngin olan, lakin karbohidratsız qidalar qəbul etmək orqanizmi uçuruma aparır. Damarların və ürəyin işini çətinləşdirir.