zibil -pul

Onlar zibili pula çevirir, bəs biz?

Baxış sayı: 1. 065

Dünya miqyasında hər il 800 min olimpik üzmə hovuzunu dolduracaq qədər, iki milyard tondan çox zibil yaranır. ABŞ-da plastik və yemək də daxil olmaqla, adambaşına yaranan tullantının miqdarı qlobal orta göstəricidən üç dəfə artıqdır.

ABŞ zibillərin təkrar emalında da çox pis imicə sahibdir. Ölkədə zibillərin, sadəcə, 35 faizi yenidən istifadəyə verilir. Almaniya isə 68 faizlə ən çox zibil emal edən ölkədir.

Bu rəqəmlər qlobal risk analizləri həyata keçirən “Verisk Maplecroft” adlı şirkətə aiddir. Şirkət bu il zibillərin təkrar ixracı və emalı ilə bağlı iki indeks yayımlayıb. Verisk Maplecroft səlahiyyətlilərinə görə, indekslər ölkələrin başda plastik olmaq üzrə zibil krizi ilə necə mübarizə etdiklərini göstərəcək bir tablo ortaya qoymaq məqsədilə hazırlanıb. İndekslər cəmiyyətə açıq məlumatlara və akademik araşdırmalara söykənir.

“Verisk Maplecroft” ile ilgili görsel sonucu

Zibil istehsalı indeksi adambaşına düşən bələdiyyə artıqlarını əhatə edir. Bunlar plastik, qida və təhlükəli maddələrdən ibarət bərk maddələrdən ibarətdir. İndeksə görə, dünya miqyasında hər il 2.1 milyard ton zibil yaranır və bunların, sadəcə, 16 faizi təkrar emal edilir. Zibillərin 46 faizi isə təkrar emal edilə bilməyəcək şəkildə atılır.

Çin və Hindistanın ümumi əhalisinin sayı dünya əhalisi sayının 36 faizi qədərdir. İki ölkənin atdığı toplam zibillərin faizi isə 27-yə bərabərdir.

ABŞ-da bir adam hər il orta hesabla 773 kiloqram zibil yaradır. Buna görə də bir amerikalının yaratdığı zibilin miqdarı bir çinlininkindən üç, bir efiopiyalınınkından isə yeddi dəfə artıqdır. Amerika təkbaşına dünyadakı zibillərin 12 faizinə cavabdehdir. Dünyada təkrar emal potensialından daha çox zibil yaradan tək varlı ölkə də elə Amerikadır. Şirkət bunu Amerikadakı siyasi iradə və potensialla əlaqələndirir.

ABŞ-da aparılmış hesablamalara görə, 1 kq bərk məişət tullantısının yandırılması zamanı atmosferə 40 mq dioksin atılır. Yandırılma zamanı  başqa toksiki dioksinlər yaranır. Ölkədə 1991-ci ildən bərk məişət tullantılarının seperasiya edilməmiş emal olunması qadağan edilib. Zibil emalı müəssisələrində  qazların emalı elektrofiltrlər vasitəsilə həyata keçirilir. Alınan zola və kül1/4 hissə təşkil edir. Beləliklə, zibilin həcmi xeyli azalır, metal seçilir və utilizasiya edilir.

çöpten para kazanmak ile ilgili görsel sonucu

“Verisk Maplecroft”un təbiət araşdırmaları bölməsinin məsulu Vill Nichols isə bildirib ki, “Bütün bu araşdırmalar ABŞ-ın təkrar emal məsələsinə fokuslanmadığını göstərir. Çox miqdarda zibil artıq Çinə göndərilə bilmədiyi üçün yandırılır və problemin həlli üçün investisiya qoyulmur”.

Çin, Tailand, Vyetnam və Malayziyanın zibil idxalatını yasaqlama qərarları qlobal dinamikaları dəyişdirir. Zibil problemi Filippinlə Kanada arasında da gərginliyə səbəb olmuşdu. Filippin Kanadaya 69 konteyner zibilini gəmi ilə geri göndərmişdi. Vill Nichols bildirib ki, Asiya ölkələri artıq dünyanın zibilliyi olmaq istəmədiklərini deyirlər.

çöpten para kazanmak ile ilgili görsel sonucu

Azərbaycanda hər ildə 1.5 milyon ton tullantı yaranır

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənovun araşdırmasına görə, hər il Azərbaycanda 1,5 milyon tona yaxın istehsalat və məişət tullantıları yaranır – hansı ki, həmin tullantılardan təxminən 300 min tona yaxını (20 %) təkrar emal edilir. Ölkə ərazisində 1,2 milyon tondan çox tullantı istifadəsiz qalır və bu tullantıların bəziləri müxtəlif xəstəliklərin  və xüsusilə kanserogen xəstəliklərin yaranmasına səbəb olur. Tullantıların toplanılan yerlərdə uzun müddət qalması ətraf mühit üçün təhlükəli çirklənmə mənbəyidir və bu çirklənmə yeraltı su hövzələrinin, atmosfer havasının, bitkilərin və torpaq qatlarının uzunmüddətli çirklənməsinə səbəbdir.

Hazırda Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə bmt-lər, adətən şəhər kənarlarında olan poliqonlarda torpağın üstündə sonradan minerallaşdırmaq üçün toplanır. Bu cür tullantı poliqonları atmosfer havasının, qrunt sularının çirklənmə mənbələrinə çevrilir. Burada sanksiyasız 10 minlərlə hektar ərazi tutulur və ətraf mühiti çirkləndirir. Adətən poliqonlar üçün düz yerlər seçilir və bu sahələrdə əsən bərk küləklər tullantıların ətrafa yayılmasına səbəb olur. Tullantıların toplandığı poliqonlara pestisidlər, rənglər, həlledicilər, turşular və başqa zəhərli maddələr atılır. Baxmayaraq ki, bu cür tullantılar ümumi tullantıların 1 %-ni təşkil edir, onların ətraf mühitə yayılmaması üçün nəzarət olunmalıdır.

Tullantıların toplandığı poliqonlarda mikrobioloji proseslər getdiyinə görə bioqaz adlanan qaz yaranır, hansı ki, məişətdə istifadəsi mümkündür. Bioqaz iqtisadi cəhətdən enerji potensiallıdır (onun tərkibində 44-66% metan var) və istilik-qüvvə qurğularında, həmçinin təmizləndikdən sonra qaz-turbin qurğularında istifadə edilə bilər.

Bərk məişət tullantılarının 4 növü üzrə istifadə var: basdırılma, yandırılma, riyasaylink (təkrarlanma) və kompastlaşdırma. Tullantıların basdırılması (poliqonda) problemi həll etmir. Tullantının yandırılması da zərərli komponentləri  tam zərərsizləşdirməyə imkan vermir. İqtisadi cəhətdən bu daha bahalıdır. Son 8-10 il ərzində Avropada bir dənə də tullantı yandırma zavodu tikilməyib. Utilizasiya və oksidləşmiş tullantılardan qalıq ancaq yandırılır. Tərkibində dioksinlər olan 1 ton tullantının yandırılması zamanı təxminən 5000 m3 zərərli qaz yaranır ki, bu da 10 illərlə özünün dayanıqlığını saxlamaqla zəhərlənmə zonaları yaradır. Uzun müddət istismar olunduqda bu ərazi 30 km-lərlə məsafəyə yayılır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir