Siz sevgi dolu sözlər gözləyərkən, o avtomobilinə etdiyi dəyişikliklərdən danışa bilər. Əslində ən sevdiyi şeyləri sizinlə bölüşməsi də sizə aşiq olduğuna işarədir. Sadəcə, sizin eşitmək istədiyiniz bir dil ilə danışmır. Bəs onu necə anlamalı?
Beləliklə, Türkiyə mətbuatına istinadən sevgi dili ilə bağlı bəzi tövsiyələri təqdim edirik.
Bəzi insanlar “mən səni sevirəm” deyir. Başqaları isə “mən səni sevirəm” demək əvəzinə sevgilərini göstərirlər. Mütəxəssislər bildirir ki, münasibətləri ilk gündəki kimi canlı saxlamaq üçün qarşılıqlı olaraq bir-birinizin sevgi dilini anlamağınız əsas şərtdir.
“5 sevgi dili” kitabının müəllifi Gari Çapmana görə, sevginizi ifadə etməyin yolu qulağa şirin sözlər pıçıldamaqdırsa, o zaman sizin sevgi diliniz “təsdiq sözləri” dir.
Digər sevgi dilləri birinə xoş sözlər deməkdən daha çox hiss etdirməkdir. Avtomobilini təmir və ya bir tort hazırlamağa kömək etmək “xidmət qaydaları” anlamına gəlir. Yəni bu da sevgi dilinin bir növüdür.
Qucaqlaşmalar və öpüşmələr ilə sevgisini göztərənlər “fiziki toxunuş” dilində danışırlar.
Sadəcə, xüsusi hədiyyələr verməyə meyllisinizsə, o zaman siz “hədiyyə alan” sevgi dilində danışırsınız.
Nəhayət, gəldik beşinci sevgi dilinə. Bu, sadəcə birlikdə zaman keçirməyə üstünlük verənlərin dilidir. Bu sevgi dili “Keyfiyyətli vaxt” adlandırılır.