bel-agrisi

Onurğa sütununun “zəmanət müddəti” bu yaşda bitir

Baxış sayı: 780

Onurğa sütununun “zəmanət müddəti” təxminən 35 yaşda bitir. Bu barədə Rusiyanın Əməkdar həkimi, terapevt Andrey Kabıçkin məlumat verib. O qeyd edib ki, bu yaşda onurğada müxtəlif problemlər ortaya çıxır. Onurğa sağlamlığını qorumağın yollarından söz açan həkim bildirib ki, statistikalara görə, 35 yaşdan sonra birləşdirici toxuma, fəqərəarası disklər və onurğanın digər strukturlarının qocalması başlayır:

“Gənc yaşda insanlar daha uzunboylu olurlar və yaşa dolduqca boyları dörd santimetrə qədər aşağı düşə bilir. İntervertebral disklər sallanmağa başlayır. Hər şey qocalma mexanizmləri və hər hansı hüceyrənin suyu saxlaya bilmə qabiliyyəti ilə əlaqəlidir.

Odur ki, onurğa probleminin ilk əlamətlərinə laqeyd yanaşaq olmaz. Hətta gənc yaşda görünən və zamanla öz-özünə gedən ağrıları da görməzlikdən gəlməyin. Gənc yaşda bu, öz-özünə və ya evdə müalicə vasitələrinin köməyi ilə ortadan qalxır. Ancaq xəstəlik inkişaf etməyə davam edir və “onurğanın ömrü” azalmağa başlayır. Buna görə də xəstəliyin erkən mərhələsində mütəxəssisə müraciət etmək vacibdir”.

Qamətlə bağlı bəzi tövsiyələr verən həkim əlavə edib ki, xüsusilə kompüterdə işləyərkən düzgün vəziyyətdə oturmağa çalışmaq lazımdır:

“Düzgün pozada oturmalısınız. Kompüter gözlərin bərabərliyində və maksimum 1 metr uzaqlıqda olmalıdır. O halda ağırlıq mərkəzi dəyişdirilmir. Vacibdir ki, asılı vəziyyətdə olmaması üçün “mausu” idarə edən əlin dirsəyi stulun dayağında sabitlənsin.

Düzgün yatmaq da vacibdir, ortopedik döşək daha idealdır. Yoxdursa, hündür yastığı olan adi sərt yataq yaxşıdır, beləliklə yuxu zamanı bel yüklənmiş vəziyyətdə qalacaq”.

Kabıçkin həkimə müraciət etmədən ağır idman növləri ilə məşğul olmamağı tövsiyə edib:

“Fiziki aktivliyin də optimallaşdırılması lazımdır. Bunun üçün həkimlə məsləhətləşmək daha yaxşıdır. Fitnes salonlarında məşqçilər də köməkçi ola bilər. Ancaq heç bir halda ağır məşqlər etməyin”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir