meyve

“Orqanik məhsul” yalanı – alıcıları necə aldadırlar

Baxış sayı: 1. 211

Hamımızın başına gəlib. Market rəflərinin arasında dayananda hər zaman özümüzə bu sualı veririk: Orqanik sertifikatlı məhsulu tərcih etməliyəm, yoxsa sertifikatı olmayan, daha ucuz qiymətə olan məhsulu?
Bu sual bir çox mənaya gələ bilir. Məsələn, sağlam olanmı, yoxsa dərman vurulmuş olanmı? Ləzzətli, yoxsa dadsız? Bəzəkli, yoxsa sadə? Təmiz, yosa çirkli? Yaxşıdır, yoxsa pis? Amma bütün istehlakçılar üçün ən vacib olan sual aşağıdakıdır: Buna artıq pul ödəməyə dəyərmi?
“Gencaile.az” Türkiyə mediasına istinadən bu araşdırmanı təqdim edir.

 

Yüksək qiymət mütləq yüksək keyfiyyət gətirmir

İstehlakçılara orqanik məhsulun digər variantlara nisbətən daha bahalı olması təbii görünəcək. İstehlakçılar arasında aparılan rəy sorğusunun nəticələrinə görə, orta hesabla bir məhsulun qiyməti, standart məhsul qiymətindən 1.5 dəfə bahadır. Orqanik bir məhsulun topdansatışdakı qiyməti isə normal məhsulun üç qatından daha çoxdur.

 

Lüks deməyin başqa bir yolu

Qiymət fərqi təkcə istifadə edilən orqanik yetişdirilmə texnikasından qaynaqlanmır. İstehlakçı eyni zamanda orqanik məhsulu istehsal edən “marka”ya da pul ödəyir. Nəticə olaraq, “orqanik’ eyni zamanda lüks deməyin sadəcə başqa bir yoludur.

Amerika Beynəlxalq Elmlər Akadmiyasının araşdırma nəticələrinə görə, sadəcə 5-7 faiz qiymət fərqi olması lazım gələn məhsullarda 30 faiz civarında bir “premium” fərqdən söhbət gedir. Bu durum orqanik istehsalla məşğul olan ferma və tarlaların ənənəvi istehsalla məşğul olanlardan daha çox pul qazanmasını təmin edir.

 

Orqanik məhsul təbiət üçün çox da faydalı sayılmır

İstifadə edilən sintetik zərərli dərmanların təbii su yollarını çirkləndirdiyi və təbiətə ziyan verməsi ilə bağlı heç bir şübhə yoxdur. Amma bir çox orqanik tarla da (xüsusən də böyük olanlar) dərmandan istifadə etməkdən çəkinmirlər. Bu da orqanik məhsulları nəyin “orqanik”ə çevirdiyini sual olaraq qarşımıza çıxarır.

2010-cu ildə keçirilən bir araşdırmaya görə, orqanik gübrədən istifadənin təbiətə yönəlmiş neqativ təsirləri sintetik gübrəninkindən daha artıqdır. Buna əlavə olaraq, orqanik becərilməyə bağlı daha az məhsul istehsalı və böyük şirkətlərin də orqanik istehsala başlaması, yığımın aşağı düşməsi və atmosferə daha çox sera qazı salınmasına da səbəb olur.

 

Orqanik məhsulun insan sağlamlığına təsiri

Elmin gəldiyi nəticələrə görə, orqanik məhsulların tərkibindəki vitaminlər, faydalılıq əmsalı digərlərinə görə çox daha yüksək deyil. Əlavə olaraq, 2012 və 2014-cü ildə keçirilən araşdırmalar orqanik məhsulların fosfor və antioksidan dəyərlərinin yüksək, kadmiyum dəyərinin isə aşağı olduğunu göstərir.

Tufts Universitetində qidalanma professoru olan Cefri Blumberg vəziyyəti belə təhlil edir: “Orqanik və standart becərmə metodları öz aralarında da o qədər dəyişiklik göstərir ki, hamısını əhatə edəcək bir nəticəyə gəlmək mümkün deyil. Əgər daha yaxşı qidalanmaq istəyirsizsə, daha çox tərəvəz yeyin. Orqanik, ya da orqanik olmaması bir şey dəyişdirmir”.
“Son dərəcə çirkli” tərəvəz və meyvələr o qədər də “çirkli” deyil

Kaliforniya Universitetinin 2011-ci ildə yayınladığı bir sənədə görə, ÇÇG sənədində “çirkli” adlandırılan məhsulların daşıdığı dərman qalıntıları, təhlükəsiz olaraq qəbul edilən limitləri zatən aşmır. Kaliforniya Universitti standart şəkildə becərilən məhsulların orqaniklərdən çox da fərqi olmadığını dedi. Universitetin hesabatına görə, “istehlakçı üçün ortada hər hansı bir sağlamlıq riski yoxdur”.

 

Orqanik məhsul sahəsində çalışan müəssisələr işçilərinə daha yaxşı şərtlər təmin etmirlər

Tarlalardakı çalışma şərtləri çətindir və əsasən də tarla işçilərinin əməyi istismar edilir. Təəssüf ki, bu vəziyyət orqanik istehsal sahəsində çalışan işçilər üçün də keçərlidir. Orqanik istehsal sertifikatları çalışma etikası ilə bağlı qaydalardan tamamən məhrumdur.

Təbiət dostu yayınları ilə tanınan xəbər saytı Grist’in 2006-cı ildə yayınladığı bir xəbər orqanik tarla işçilərinə qarşı pis münasibətin olduğunu, tarla sahiblərinin insanların məvacibini çox aşağı verdiyini və işçilərin cinsiyyətçliyə məruz qaldıqlarını ortaya qoyub. “İstismar edilən işçilərin qarşı-qarşıya gəldikləri şərtlər bərbaddır. Bu, bir insan haqları krizidir”. Tarla İşçiləri Dəstək Komitəsində siyasi analitik olan Riçard Mandelbaum deyib ki, qanunlar və məvacib baxımdan orqaniklə sıradan tarlaların işçiləri arasında heç bir fərq yoxdur.

 

O zaman ən yaxşı seçim hansıdır?

Əgər nə yediyinizi daha yaxşı bilmək istəyirsinizsə, meyvə-tərəvəzləri tanıdığınız bazarlardan, tanıdığınız alverçilərdən alın. Orqanik və ya qeyri-orqanik. Qiymətlər super marketdəkilərdən daha yüksək olmayacaq. Bundan başqa, mövsümi tərəvəz və meyvələr də super marketdəkilər kimi uzaq yoldan gəlmədiyi üçün daha təravətli və təzə olacaq. Əgər bazara çıxa bilmirsinizsə, yenə də orqanik məhsul olaraq təqdim edilən, pul tələsinə düşməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir