su

Orqanizmdə su çatışmadığını göstərən 9 ƏLAMƏT

Baxış sayı: 902

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.

Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir.

İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.

“Gencaile.az” saytı bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.

Əgər bu sadalananlardan ən azı 3-4-ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

1) Ağızda, dildə quruluq – ən açıq aşkar əlamətlərdən biridir.

2) Quru dəri, quru saçlar – dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür.

3) Az tərləmək. Bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, az su içirsiniz və bədəndəki toksinlər tərlə çıxmır, orqanizmdə qalır

4) Gözlərdə sanki qum batma, yanma hissi – qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

5) Oynaqlarda ağrı – az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur.

6) Əzələ kütləsinin azalması, arıqlama – Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

7) Tez-tez xəstələnmək və gec bərpa olmaq – qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır.

8) Yorğunluq, halsızlıq. Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur.

9) Həzm problemləri – mədə şirəsi, bağırsaq su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Orqanizmdə suyun az olması həzm prosesləri pozulur, qəbizlik yaranır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir