Orqazm

Orqazm peyvəndi: hara və necə vurulur?

Baxış sayı: 1. 594

Orqazm peyvəndi cinsi istəksizlik yaşayan və orqazm ola bilməyən insanlar üçün məsləhət görülən bir üsuldur. Orqazm peyvəndi 100% həqiqətdir. Bəs bu peyvənd necə edilir? “Gencaile.az” türkiyəli qadın xəstəlikləri mütəxəssisi Esra Comərdin bu barədə fikirlərini təqdim edir.

Həkim deyir ki, bəzi insanlar bunu bildiyimiz peyvəndlər kimi başa düşür. Əslində isə bu peyvənd vaginaya, G nöqtəsi dediyimiz bölgəyə inyeksiya edilir. G nöqtəsi qadında vaginanın üst 1/3 hissəsində olan, vagina toxumasına nisbətən daha səthi və daha sıx bir sahədir: “Bu bölgədə qadının xəbərdar edilmə gücü daha çoxdur. Bu bölgə əllə və ya penislə xəbərdar edildikdə qadının yaşadığı zövq daha çox olur. Ona görə də peyvənd G nöqtəsinə tətbiq olunur. Hialuron turşusu inyeksiyası ilə bu bölgənin daha cazibədar hala gəlib xəbərdar edilmə zamanını artırmaq mümkündür”.

 

Orqazm peyvəndi necə bir təsirə malikdir?

Normalda ayda bir dəfə orqazma çatan qadın bu əməliyyatla az qala hər cinsi münasibətdə orqazm yaşayır. 100% gerçək olan bu peyvənd sayəsində xəbərdar edilmə pozuqluğu olan insanlar 95% təsirini görürlər: “Bu peyvəndlə birlikdə son illərdə tətbiq olunan daha bir üsul – əvvəlcə vaginaya PRP tətbiqi, sonra isə hialuron turşusu inyeksiya edilməsidir. Normalda orqazm peyvəndi əməliyyatı 6 ay təsirini saxlayır. PRP metodu əlavə olunduqdan sonra isə bu təsir 1 ilədək özünüzü saxlayır. Orqazm peyvəndi əməliyyatı 5 dəqiqə davam edir və bundan sonra normal həyatı davam etdirə bilərlər. Hər hansı bir yan təsiri olmayan bu üsul çox etibarlıdır. Xoşbəxt bir cinsi həyatı və ya heç yaşamadığınız orqazm duyğusunu bu peyvənd sayəsində yaşaya bilərsiniz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir