Ramazan ayında oruc tutanların çoxu saatlarla ac qaldıqlarına görə, ağız qoxusu problemilə qarşılaşırlar. Ətrafınızı narahat edəcək ağız qoxusu probleminin həlli üçün “Gencaile.az”ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu məsləhətlərinə əməl edin.
İftardan və imsakdan sonra dişlərinizi mütləq fırçalayıb diş ipi ilə təmizləyin. Dili də fırçalamağı unutmayın. Dişləri fırçalayaraq ağız qoxusunun 20%-dən, dili fırçalayaraq isə 80%-dən qurtula bilərsiz.
Soyuq su ağız qoxusunu artırır. Soyuq qidalar yeməyin, ilıq qidalar qəbul edin.
İmsakda kolbasa, sosiska, ədviyyatlı, sarımsaqlı qidalar yeməyin.
Ramazan ayı boyunca yemək vərdişinin dəyişməsi ilə bağlı günorta və axşam saatlarında mədə öz suyunu ifraz edir. Bu da ağız qoxusuna səbəb olur.
Axşam və günorta saatlarında danışdığınız insandan bir az uzaq məsafədə durun.
İftarda, ya imsakda ədviyyatlı orqanik içkilər, yaşıl çay, ada çayı için.