Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir.
LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı gedən simptomdur.
Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı maddələr, toksinlər və simptomlardan azad edir. Bu səbəbdən öskürəyi «kəsmək» deyil, onu yumşaldmaq, bəlğəmin çıxmağını asanlaşdırmaq lazımdır. Bu işdə bizə təbabət yaxşı kömək edə bilər.
Bəzi otlar var ki, bu otlar öskürək zamanı bəlğəmgətirici təsir edir, nəfəs yollarını təmizləyir.
Bu tip otlara misal olaraq evkalipt, biyan kökü, adaçayı kəklikotu və mərzə (oreqano) kimi otları sadalamaq olar.
Bu otlarla inhalyasiya etmək çox yaxşıdır. Bunun üçün 1 x.q. ot 1 stəkan qaynar suda dəmlənilir, enli qaba tökülür. Bu suyun buxarı ilə nəfəs alın. Həmçinin bu otları dəmləyib (1 x.q. ot + 1 stəkan su) içmək də olar. Gündə 3 dəfə stəkanın 1/3 hissəsi.