valideyn

Övladının özünə inamını məhv edəcək 4 VALİDEYN İFADƏSİ

Baxış sayı: 506

Sözlər zərər verə bilər. Və bunu düzəltmək hər hansı fiziki zədədən daha çətindir. Belə münasibətlərin başında isə uşaq-valideyn dialoqları durur. Valideynlərin bəzi ifadələri var ki, övladlarında özünə inamı məhv edir. Bu ifadələrdən qurtulun ki, böyüyən uşağınız da psixoloqun kabinetində mənfi münasibətdən qurtulsun.

Gələcəkdə problemlərin qarşısını almaq üçün psixoloqlar uşaqların heysiyyətini məhv edə biləcək ifadələrin siyahısını tərtib ediblər.

 

“Məni məyus etdin”

Bu ifadə narahatlıq səviyyəsini artıra və uşağın özünə hörmətini tapdalaya bilər. Öz növbəsində, uşağın narahatlığı onun özünü və ətrafındakı dünyanı qavramasına mənfi təsir göstərir. Valideynlərin tez-tez tənqidi uşaqlarda narahatlığın inkişafına səbəb olur. Əvəzində: Ən xoşagəlməz söhbətlərdə belə psixoloqlar şəxsiyyəti deyil, hərəkətləri tənqid etməyi tövsiyə edirlər.

“Məni məyus etdin” əvəzinə deyilməlidir: “Sənin etdiklərinə görə üzüldüm”. Bu, sərt qarşıdurmaya düşməkdənsə, dialoq qurmağa kömək edəcək.

 

“Belə bir xarakterlə səni heç kim sevməyəcək”

Əvvəlki bənddən davam etsək, bu ifadə hərəkətləri yox, yenidən insanı (və ya şəxsi keyfiyyətlərini) tənqid edir. Uşağın xarakteri hələ də formalaşmaqdadır və onu əvvəlcədən münasibətə “yararsız” və sevgiyə layiq olmayan kimi qələmə vermək lazım deyil. Əksinə, övladınıza aşılamağa çalışın ki, ona qarşı məhəbbət qeyd-şərtsiz olmalıdır (bu, təbii ki, ona qəsdən pis davranış hüququ vermir).

valideyn

“Yaxşı heç nə edə bilməzsən”

Belə bir ifadənin öyrətdiyi əsas münasibət heç nəyi yaxşı bacarmamaqdır. Uşaq hər zaman valideynlərinin sözlərinə diqqətli olduğu üçün onun da buna uyğun davranacağına təəccüblənməmək lazımdır. Qabiliyyətlərini təkmilləşdirmək üçün çalışmaq əvəzinə, o, şüursuz şəkildə həqiqətən “heç nə edə bilməyəcəyini” göstərəcək.

Əvəzində:Hər birimizin güclü və zəif tərəflərimiz var”.

 

“Axmaq olma!”

Əgər uşağın fikri dəyərsizləşirsə və ya üzləşdiyi çətinliklər üzə çıxarılırsa, bu, alçaldıcıdır. Utanc və alçaldılmanın psixoloji nəticələrinə özünə hörmətin azalması daxildir.

Bunun əvəzinə: uşaqla yumşaq və qeyri-zorakı danışın, onun nöqteyi-nəzərini inkar etməyin, çünki hər hansı bir fikrin mövcud olmaq hüququ var.

Təəssüf ki, bir çox valideynlər övladlarına qarşı mənfi sözlərin, ifadələrin ciddiliyini dərk etmirlər. Övladlarınızla mehriban olun, onlara hörmətlə yanaşın və nə olursa olsun onlara sevdiyinizi söyləməyi heç vaxt unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir