mektebli

Övladınız məktəbə hazırdırmı?

Baxış sayı: 1. 572

Yeni tədris ilinin başlamasına o qədər də çox vaxt qalmayıb. Şübhəsiz ki, dərslərin başlanmasına ən çox bu il məktəbə qədəm qoyan uşaqlar və onların valideynləri sevinir. Çünki uşağın məktəbə başlaması  ailə üçün  onun danışması və gəzməsi qədər mühüm bir hadisədir. Hər bir valideyn uşağını ağ-qara geyimdə, əlində çanta ilə məktəbə getdiyini gördükdə sevinc hissi duyur.  Lakin məktəbə getmək, yeni mühitə öyrəşmək uşaqlara o qədər də asan gəlmir. Bu uşaq üçün həm zehni, həm də ruhi cəhətdən çətin ola bilər. Özəlliklə dostları olmayan, çölə az çıxarılmış uşaqlar üçün evdən ayrılmaq ürküdücü olur. Məktəbə qorxu ilə gedən və məktəbdə də evi düşünən bir uşağın oxumağa və öyrənməyə başlaması heç də asan deyil.

 

Uşağınızın məktəbə getməyə hazır olub-olmamasını belə anlaya bilərsiniz:

Özünəqulluq vərdişləri: yeməyini özü yeyəbilir, paltarını islatmadan üzünü yuyub, qurulaya bilir, tualetə tək gedə bilir, dişlərini fırçalayır, özü sərbəst geyinib soyuna bilir, dəftəri, çantası və s. kimi əşyaları toplaya bilir;

Sosial-emosional inkişaf: qaydalara uyur, dostlar qazana bilir və dostluqlarını davam etdirə bilir, bir oyun üçün gərəkli qaydaları anlayabilir, sırasını gözləyə bilir, sosial qaydaların səbəblərini anlaya bilir;

Kiçik motorikanın inkişafı: rəqəmləri tanıyır, dairə, kvadrat, düzbucaqlı, üçbucaq şəkillərini çəkə bilir, şəkillərin sərhəddini aşırmadan rəngləyə bilir; baş, vücud, qollar, ayaqlar, ağız və gözlərdən ibarət insan şəkli çəkə bilir;

Böyük motorikanın inkişafı: 5 dəfə durmadan hoppana bilir, ona atılan balaca topu tuta bilir;

Dilin inkişafı: adını, soyadını, ailədəki insanların adlarını deyə bilir, keçmiş, indiki və gələcək zaman ilə əlaqədar danışarkən sözləri düzgün istifadə edir;

Qavrama bacarığının inkişafı: 1-dən 20-ə qədər olan rəqəmləri tanıyır, toxunaraq əşyaları saya bilir, 1-dən 10-a qədər olan rəqəmləri toplayıb-çıxa bilir, sıra ilə həftənin günlərini saya bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir