qiz

Övladınızın gözü hansı rəngdə olacaq? – BU SİYAHIYLA TAPA BİLƏRSİNİZ

Baxış sayı: 1. 636

Hamiləlik müddətində valideynləri maraqlandıran mövzulardan biri doğulacaq körpənin göz rəngidir. Əgər ailədə həm açıq, həm də tünd rəngli gözə sahib fərdlər varsa, bu maraq daha da artır.

Bəs genetik quruluşa görə körpənin göz rəngini bilmək mümkündürmü?

Elm adamları bu barədə siyahı tərtib ediblər. Onlar genetikaya uyğun olaraq körpənin göz rənginin təxmin edilməsinin mümkün olduğunu bildiriblər.

Həmin siyahını təqdim edirik:

 

Yaşıl – Qəhvəyi rəng

Ana və atanın gözləri yaşıl-qəhvəyidirsə, körpənin göz rəngi 50 faiz halda qəhvəyi, 37 faiz yaşıl, 12 faiz halda isə mavi ola bilər.

 

Mavi – Mavi

Həm ananın həm də atanın göz rəngləri mavidirsə, bu zaman uşağın göz rəngi 99 faiz halda mavi, 1 faiz halda isə yaşıl olur. Bu zaman gözün qəhvəyi rəngdə olma ehtimalı yoxdur.

 

Qəhvəyi – Mavi

Bu göz rənglərinə sahib valideynlərin uşaqlarının göz rəngi 50 faiz halda qəhvəyi, 50 faiz halda isə mavi ola bilər. Yaşıl olma ehtimalı isə yoxdur.

 

Qəhvəyi – Qəhvəyi

Valideynlərin gözləri bu rəngdədirsə, körpənin də göz rəngi 75 faiz halda qəhvəyi, 6,25 faiz halda mavi, 18,75 faiz halda isə yaşıl ola bilər.

 

Mavi-Yaşıl

Mavi və yaşıl göz rəngli valideynlərin uşaqlarının göz rəngi 50 faiz halda mavi, 50 faiz halda isə yaşıl ola bilər. Qəhvəyi rəng olma ehtimalı yoxdur.

 

Yaşıl – Yaşıl

Bu zaman isə körpənin gözləri 75 faiz halda yaşıl, 25 faiz halda isə mavi olur. Qəhvəyi rəngin olma ehtimalı isə sadəcə 1 faizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir