Zumrud Haqverdiyeva

Övladınızın inkişafına mənfi təsir edən yanaşmalar – “SEANS VAXTI”

Baxış sayı: 433

1) Müqayisə etmək. Əgər övladınızı başqası ilə müqayisə etdiyiniz zaman bu sualları özünüzə verin. “Sən, Zeynəbin anası kimi həkim deyilsən?” Bir sözlə müqayisə etməyin, müqayisə olunacaqsınızdır.

2) Ağlama. Uşaqları duyğularını ifadə etməyə təşviq etməliyik. Ağlamaq da duyğu ifadalərindən birisidir, hər kəsin ağlama haqqı vardır. Təbii ki, bu sizi yora bilər. Oyuncağın qırıldığına görə məyus ola bilərsən və ağlamaq normaldır. Mən də lazım olduqda ağlaya bilirəm.

3) Çünki elə istəyirəm, olsun. Uşaq sizə “Niyə?” sualını verdikdə belə cavab verməyiniz onun ağlını daha çox qarışmasına səbəb olacaqdır. Boyalarını bağla, Niyə? Elə istəyirəm deyil. Boyalarının qapağını bağla, ona görə ki ağzı açıq qalarsa, qurumasına səbəb olacaqdır.

4) Yeməyini ye gəzməyə gedəcəyik. Tapşırıqlarını etdikdən sonra oyun oynamaq üçün çox zaman olacaq, sən bitir mən də o zamanda işlərimi bitirim, birlikdə oyun oynamağa gedərik – deməklə məsuliyyətini dərk etməsinə şərait yarada bilərsiniz.

5) Bacı vəya qardaşına nümunə olmalısan. Bunu etməyiniz düzgün deyildir. Bunu siz öz davranışlarınızda dəyişiklik edib nümunə ola bilərsiniz.

6) Dayan, mən sənə kömək edim. Övladınız bir şeyləri ilk olaraq etməyə başladıqda siz ona fürsət tanımadan kömək etsəniz,” Sən tək başına bunu bacarmayacaqsan” mesajını verəcəkdir. Onun əvəzinə isə gözləməli və təşviq etməlisiniz. Əgər köməyinizə ehtiyacı olarsa, dəstək göstərməyiniz gözəldir.

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi“nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir