USAQLAR

Övladlar arasında yaş fərqi nə qədər olmalıdır?

Baxış sayı: 1. 532

Bu mövzuda dəqiq birşey söyləmək çətindir. New England journal of Medicine tərəfindən yayımlana bir çalışma bir doğumdan sonra təkrar hamiləlik üçün 18 – 23 ay gözlənilməsi lazım olduğunu təklif edir. Amerikada bacı – qardaşlar arasındakı yaş fərqinə baxdıqda bunun 2,5 yaş olduğunu görə bilərik.

 

Uşaqlar arasındakı yaş fərqinin az olmasının üstünlükləri;

Uşaqlar bərabər böyüyər, bərabər oynayar, həyat boyu bir – birilərinə dost olarlar. Yaşları çox yaxın olduğu üçün oyuncaqları, geyimlərini bölüşərlər.

İki uşağın eyni zamanda böyüməsinin ailəni möhkəm edən bir təsiri vardır.

Yaş fərqi 2 – dən az isə böyük uşağın yerinin alınması, öz və sahiblənmə kimi duyğuları tam başa düşmədiyi üçün gələn körpəyə mənfi reaksiya vermə ehtimalı çox azdır.

Uşaqlar arasındakı yaş fərqinin az olması valideynlərin kariyera və uşaq baxımı qərarlarınada kömək olar. Çox zaman iki uşaq üçün ayrı – ayrı baxıcı tutmaq yerinə, ikisinədə eyni zamanda baxıcı tutmaq daha sərfəlidir.

Valideynlər eyni anda iki uşağın körpəlik sıxıntılarını geridə qoymuş olur.

 

Uşaqlar arasındakı yaş fərqinin az olmasının mənfi cəhətləri;

Valideynlər üçün ilk illər dəhşət bir tempdə keçər. Yuxusuz gecələr, uşaq bezləri, emizdirmə, pürəli yeməklər, və çirklənmiş paltarlar dəhşət yorar.

Eyni anda oxşar ehtiyacları olan uşaqlara çatmağa çalışmaq çox çətin ola bilər. Ilk uşağın yuxu rejimi daha tam oturmamış yeni bir uşaq dünyaya gəlir. Biri tualet verdişləri öyrənərkən digəri üçün gecə gündüz emizdirmə və yuxusuz qalma kimi anlar ana üçün tükəndiricidir.

Üst – üstə uşaq sahibi olan zaman valideynlərin uşaqlara ayrı – ayrı zaman ayırmaq imkanları olmaz. Hər ikisinədə çatmağa çalışarlar.

Yaşca yaxın olmaq uşaqılar arasındakı rəqabəti artırır. Kiçik uşaq məktəbdə hər zaman böyüyün kölgəsində qaldığını düşünər.

Yaş aralığının az olması uşaqlar arasında kəskin qısqanclığa səbəb olur.

2 yaş uşaq hamiləlik sıxıntılarınızı başa düşməz; davamlı qaçmaq, dırmaşmaq istəyər.

Uşaqlar arasında yaş fərqinin az olmasının mənfi və müsbət cəhətləri olduğu kimi, yaş fərqinin çox olmasının da, mənfi və müsbət cəhətləri vardır.

 

Müsbər cəhətlər;

4 yaşdan çox fərqi olan böyük uşağın özünə hörməti olduqca yaxşıdır. Ananın və atanın marağını illərdir aldığı üçün daha güvənli və bağımsızdır; uşaqlar arasında fiziki hücum 2 – 4 yaş aralığında daha sıx rast gəlinir, lakin bu aralığ 4 yaşından çoxdursa böyük uşaq yeni doğulan bacı ya qardaşına daha şəfqətli və sevgili olur; ana və atada illərdir valideyn olmanın güvəni vardır. Bu səfər xırda şeyləri o qədərdə dərd etməzlər; cütlük daha sağlam və qalıcı bir münasibət qura bilər.

Mənfi cəhətlər; kiçik böyüyə rahatlıq verməz, otağını dağırdar; böyük uşaq böyük olmağından bezmək hiss edər; ikisinində başqa maraqları və istəklərinin olması valideynlərə çətin gələ bilər, biri leqodan ev düzəltmək istədikdə biri onu yemək istəyər.

Nəticə olaraq bunu qeyd etmək lazımdır ki, unutmaq olmaz ki, hər uşaq fərqlidir. Müsbət və mənfi cəhətlər uşaqdan uşağa ailədən ailəyə dəyişə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir