stalin

Övladlarına qanudduran diktatorlar

Baxış sayı: 1. 533

Tarixdən hər kəsə məlum olan sərt və qəddar diktatorlarının sərhədsiz sərvətləri və hakimiyyətləri olub. Onlar nəinki idarə etdikləri dövlətlərin, eləcə də hər bir ölkə sakinin taleyini həll etmək səlahiyyətində olublar. Bəs bu qəddar diktatorlar necə ailə başçısı olublar? Övladları ilə münasibətləri necə olub? Maraqlıdır, diktator övladı olmaq nə dərəcədə təhlükəlidir?

“Müharibədə əsir yox, Vətən xainləri olur”

Yakov Cuqaşvili – Stalinin oğlu

Yakov Stalinin ilk nikahdan olan oğludur. Onun anası doğumundan 6 ay sonra dünyasını dəyişib. Stalin öz həyat yoldaşını çox sevirdi və onun ölümü haqda xatirələrində yazırdı: “Bu incə məxluq mənim daş ürəyimi yumşaltmışdı. Onunla birgə insanlara qarşı bütün gözəl hislərim də öldü”. Anasının ölümündən sonra Yakov ikitərəfli yetim qaldı. Hər zaman səfərlərdə, tədbirlərdə olan inqilabçı ata zamanını partiyanın çiçəklənməsinə həsr edirdi. Stalin övladına yalnız maddi cəhətdən kömək edirdi. Yakovu anasının qohumları böyütmüşdü. Ona görə də ünsiyyətçil və mehriban insan idi.

1921-ci ildə Stalin dağ kəndində böyüyüb, rusca bir kəlimə də bilməyən oğlunu yanına aparamaq qərarına gəlir. Moskvaya gələn Yakov özünü çox narahat hiss ediridi. O, diktator atanın qayğısını və nəvazişini heç zaman hiss etmədi. Stalin onun ən xırda səhvinə görə belə sərt cəzalandırır, fiziki şiddət tətbiq edirdi. Bəlkə də rəhbər bu yolla oğlunu cəsur yetişdirmək istəyirdi. Atası ilə gərgin münasibət, daimi iradlar Yakovu o qədər çətin vəziyyətə salırdı ki, bəzən özünə qəsd etmək istəyirdi. Bir dəfə Yakov ciddi olaraq intihar etmək qərarına gəlir. Xoşbəxtlikdən onun cəhdi uğursuz alınır və gözlərini xəstəxanada açır. Stalin onun bu hərəkətini məsxərəyə salaraq, oğlunu ziyarət etmir və belə bir məktub yazır: “Sənin bu axmaq hərəkətindən sonra aramızdakı bütün ailə bağları qırıldı”.

Lakin gələcəkdə münasibətlər daha da isinir. Müharibənin ilk illərində Yakov Artilleriya Akademiyasında oxuyurdu. Onu hərbi bölməyə çağırıb, atasının zəng etdiyini söyləyirlər. Dəstəyi götürən Yakov atasından yalnız bu sözləri eşidir: “Get, savaş”!

Müharibəyə gedəndən bir neçə ay sonra Yakov faşistlərə əsir düşür. Onun kimliyindən xəbər tutan düşmən tərəf, bu məlumatı radio vasitəsilə yaymağa başlayır. Xəbər Stallinə çatanda, diktator belə deyir: “Müharibədə əsir yox, Vətən xainləri olur”.

1943-cü ildə Yakov əsir düşərgəsində elektrik naqillərinin üzərinə atılır və faciəvi şəkildə dünyasını dəyişir.

Jan Mari Lore- Hitlerin müəmmalı oğlu

Adolf Hitlerin həyat yoldaşı Yevadan övladı yox idi. Lakin sonradan məlum oldu ki, gənclik illərində Adolf gözəl fransız xanımla eşq macərası yaşayıb. Bu məhəbbətdən Jan Mari adlı oğlu doğulub.

Müharibə illərində faşistlərə qarşı vuruşan Jan heç ağlına da gətirə bilməzdi ki, mənfur düşməni doğma atasıdır. Hitlerin oğlu olduğunu Jan Mariyə anası yalnız ölümündən bir neçə dəqiqə öncə söyləyir. Bunu eşidən Jan Mari dəhşətə gəlir. Həyat yoldaşı da diktator övladı olduğu üçün onu tərk edir.

Jan Mari Lore 1985-ci ildə 67 yaşında dünyasını dəyişir.

Bir sıra tarixçilər bu fakta şübhə ilə yanaşalar da, digərləri bunu təkzib etmirlər.

7 uşaq anası Karmen Franko

Fransisko Frankonun hakimiyyətə gəlişilə İspaniyada repressiyalarla müşaiyət olunan hərbi diktatura rejimi bərqərar oldu.

Frankonun qızı Karmen doğulanda sevincinin həddi-hüdudu yox idi. Buna baxmayaraq, qızcığazı acı həyat gözləyirdi. Atasının diktaturası evdə də keçərli idi. Karmen uşaqlıqdan əsilzadə xanım kimi sərt şərtlər altında böyüyürdü. Franko qızının tərbiyəsinə zaman ayırmırdı. Çünki bütün vaxtını hərbi karyerasına həsr etmişdi.

Ölkənin bir çox gəncləri diktatorun qızı ilə tanış olmağa can atırdılar. Lakin Karmenin seçimi kardiocərrah, İspaniyada ilk ürək dəyişdirilməsi əməliyyatını həyata keçirən Kristobal Martines oldu. Franko qızı üçün daha sərfəli nikah arzulasa da, Karmenin seçiminə hörmətlə yanaşdı. 1950-ci ildə diktator ailəsində təmtəraqlı toy baş tutdu. Tezliklə həkim kürəkən peşəsini atıb, bizneslə məşğul olmağa qərar verdi. Sərvətini kifayət qədər artırdı. Franko var-dövlətə meyilli olmadığı üçün kürəkəni ilə soyuq münasibətdə idi.

Karmenlə Kristobalın 7 övladı dünyaya gəldi.

İllər sonra müsahibələrində Karmen atası haqda bunları deyəcəkdi: “Atamı çox sevirdim, amma diktator olmağını ona heç vaxt bağışlamayacam. Çünki bütün həyatım qorxu içərisində keçib. Atam məni uzun illər hər kəsdən gizlətmişdi. Çünki Hitlerin məni oğurlayacağından ehtiyat edirdi.”

Əri atası tərəfindən güllələnən dul Edda Mussolini

Mussolinin böyük qızı Eddanın da taleyi acınacaqlı olub. 1920-ci ildə diktator ata qızına çox sevdiyi yəhudi məşuqu ilə ailə qurmağa izn vermir. 1930-cu ildə isə Edda atasının məsləkdaşlarından olan qraf Qaletso Çiano ilə ailə qurur. Bu nikahdan cütlüyün 3 övladı dünyaya gəlir.

1943-cü ildə Çiano diktatora qarşı çevrilişdə təqsirləndirilərək, haqqında güllələnmə qərarı verilir. Edda atasına nə qədər yalvarsa da Mussolini qərarından dönmür. 1944-cü ildə Hitler və Mussolininin iştirakı ilə Çiano güllələnir. Atasından üz çevirən Edda İsveçrəyə qaçır.

Bir müddət sonra isə vətəni üçün darıxan Edda İtaliyaya geri dönür. Xanım Mussolinin geri döndüyündən xəbər tutan hakimiyyət onu 2 il müddətinə sürgünə yollayır.

Bundan sonra çətin həyat sürən Edda diktator atasını bir daha yad etməməyə qərar veri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir