aile ushaqlar

Övladlarınız arasında fərq qoymayın!

Baxış sayı: 1. 706

Professor Aleks Censen başda olmaqla Briqam Yanq adına Universitetin (ABŞ) mütəxəssisləri müəyyən ediblər ki, valideynlərin öz övladlarından birini “sevimli övlad” kimi seçməsi onların o biri uşaqlarına ziyan vura bilər. İstəkli övladlar qrupuna aid olmayan uşaqların içki düşkünü, narkoman olması və nikotin asılılığına düşməsi riski daha çoxdur.

Alimlər 282 ailədəki münasibətləri təhlil ediblər. Mütəxəssislər valideynlərlə yeniyetmələr arasında qarşılıqlı münasibətləri izləyiblər. Bəzən ailə yaxınlığına nail olmaq mümkün olmayıb. Ailə münasibətlərindən ayrılan uşaqlar arasında aşağı sosial təbəqələr səviyyəsinə enmə halları 3,5 dəfə çox olub. Müəyyən edilib ki, alkoqol, narkotik və yeni əlaqələrin axtarışında yaranan çətinliklər vəziyyəti daha da gərginləşdirir.

Alimlər bildirirlər ki, işlərin həqiqi durumu uşaqla münasibətlərdə mühüm rol oynamır. Ən vacibi – ailədə baş verənləri uşağın neçə dərk etməsidir. Uşaqların bəzilərinə azacıq diqqət və tam azadlıq, bəzilərinə isə valideynlərinin daimi dəstəyi və onun yanında olmaları lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir